Çərşənbə axşamı, 19 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Temperatur 4 dərəcə enəcək - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib


Departamentdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə  2-4 dərəcə enəcək. 

Fevralın 13-ü gündüz qərb rayonlarından başlayaraq, fevralın 14-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə  3-5 dərəcə enəcək. 

pia.az
Etiket:
loading...
-->