Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılovun qardaşı kimlərin qətlini sifariş verib? - Təfərrüat


Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var


APA-nın “dni.ru” saytına istinadən verdiyi xəbərə görə, R. İsmayılov qətlləri törədən killer Mehman Kərimovu müşayiət edib.  

Əvvəlcə onlar Vladimir Savkin və Yuri Brilyov adlı sahibkarlarla yanacaqdoldurma stansiyasında görüş keçiriblər.
 
“Sahibkarlardan bir neçə dəqiqə əvvəl Telman İsmayılovun qardaşı oğlu Raula məxsus “Mercedes” avtomobili ora gəlib. İstintaq müəyyənləşdirib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da olub. Bunu müşahidə kameraları qeydə alıb”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. M. Kərimov iş adamları ilə söhbət edərkən R. İsmayılov maşından düşməyib. Sonra iş adamları öz avtomobillərinə əyləşərək vilayət istiqamətində hərəkət ediblər, killer və R. İsmayılov isə bu dəfə ayrı-ayrı maşınlarda onları izləyib.
 
Saat 22:40-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Novorijsk şosesinin 30-cu kilometrliyində V. Savkin və Y. Brilyovun avtomobili aşkarlanıb. Onların hər ikisinin başlarından vurularaq öldürüldüyü müəyyən olunub. Qısa müddət sonra şübhəli şəxs M. Kərimov yaxalanıb. O, günahını boynuna alıb. Müəyyən olunub ki, M. Kərimov qətldən öncə bir neçə dəfə R. İsmayılova zəng edib. O da müəyyənləşib ki, R. İsmayılovla V. Savkin arasında münaqişə var imiş. Onlar Moskvada iri biznesin şəriki olublar, həmin biznesin satışından sonra R. İsmayılov bütün pulu özünə götürüb. “O, Savkinə bir neçə milyon dollar verməli imiş və Savkin bu pulu qaytarmağa çalışırmış. Mehman Kərimov bu işdə vasitəçi rolunu oynayıb və münaqişəni həll etmək üçün iş adamları ilə danışığa gedib”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.
 
Məhkəmə R. İsmayılov haqqında həbs qətimkan tədbiri seçib. O, günahını inkar etsə də, M Kərimov sahibkarlarla danışıq apardığı zaman avtomobildə olduğunu boynuna alıb.  
 
***
 
Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Vladimir Savkin və Yuri Brilyov adlı iş adamlarının qətlini sifariş verməkdə ittiham olunur.  İsmayılovla birgə, başqa bir azərbaycanlı Mehman Kərimov da istintaqa cəlb edilib.
 
**
 
Azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub.
 
APA-nın "dni.ru" saytına istinadən verdiyi məlumata görə, o, iki iş adamının qətlində günahkar bilinir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar