Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılovun lüks oteli ilə bağlı açıqlama



"Mardan Palace"ın borca düşməsi xəbərinə aydınlıq gəldi


 Türkiyənin Antalya şəhərindəki dünyanın ən lüks otellərindən biri ilə bağlı yayılan iddialara aydınlıq gətirilib. 

Azərbaycanlı iş adamı Telman İsmayılov (AST Telman) tərəfindən 1,4 milyard dollara inşa edilən "Mardan Palace"ın borca görə satışa çıxarılması xəbərlərinə şirkətin CEO-su Natiq Abbasov və İcracı direktoru Çetin Pehlivan münasibət bildirib. 

N.Abbasov fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər qrupunun turizm sahəsindəki ilk layihəsi olan "Mardan Palace" otelin qürur qaynağı olan layihələrindən olduğunu deyib: "Bank rəsmiləri ilə hüquqşünaslarımız arasında aparılan danışıqlar son mərhələyə çatıb. Bu prosesin ən gec gələn həftəyə qədər yekunlaşmasını gözləyirik. Bu prosesinin "Mardan Palace"ın qonaqlara göstərdiyi VİP xidmət ilə heç bir əlaqəsi yoxdur", - deyə N.Abbasov söyləyib. 

"Mardan Palace" otelinin icraçı direktoru Çetin Pehlivan isə fəaliyyətə başladıqları 2009-cu ildən bu yana bu cür xəbərlərin gündəmə gəldiyini deyib. O bildirib ki, bu cür xəbərlər xidmət keyfiyyətinə qəti təsir etmir: "Əksinə, hər il artan tələblərlə, ilə 144 fərqli ölkədən minlərlə qonağa xidmət edirik. Min nəfərlik bir personalla saray xidməti təqdim edirik. Otelimiz Novruz bayramı ilə əlaqədar olaraq iranlı qonaqlara ev sahibliyi edir", - deyə otelin icraçı direktoru bildirib. (ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar