Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılov “Mardan Palace”ni geri aldı


Azərbaycanlı biznesmen Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” otelinin satış tenderinin nəticələri ləğv edilib


Qafqazinfo” xəbər verir ki, iş adamının Türkiyədə “Xalq Bank” və “Garanti Bank” arasında yaranan borc qalmaqalından sonra hər iki bank “Mardan Palace” otelin satışa çıxarılmasını tələb edib.

Daha sonra “Xalq Bank” satış tələbinindən çəkilsə də, “Garanti Bank” öz tələbindən imtina etməyib. Satışa çıxarılan otel isə tenderin yeganə iştirakçısı olan “Xalq Bank” tərəfindən 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb.

Telman İsmayılovun borc qalmaqalı bununla da bitməyib və bu dəfə onun borclu olduğu “Güclü İnşaat” tenderin nəticəsinin ləğvi üçün məhməkəyə müraciət edib. Lakin “Güclü İnşaat”ın tələbi rədd edilib.

Sonda isə biznesmenə aid AST şirkəti məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə tenderin nəticələri ləğv edilib.

Məsələyə “Mardan Palace” otelinin baş direktoru Çətin Pəhləvan münasibət bildirib. O, məhkəmənin ədalətli qərar verdiyini və banklara olan borcların ödənilməsi üçün qarşılıqlı həll yolu axtardıqlarını deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar