Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tələbənin intihar xəbəri yalan çıxdı


Ötən gün mətbuatda Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Qubadakı təcrübə mərkəzinə təlim-tədrisə aparılan tələbələrdən biri intihara cəhd etməsi ilə bağlı xəbər yayılmışdı


Xəbərdə müəllim Ebülfəz Tağıyevin tələbə Şəhriyar Axundovun səhhətində problem olduğu əsas gətirərək onun təcrübəyə gəlməsinə etiraz etməsi və buna görə də  Şəhriyar Axundovun qaçaraq meşədə intihar etmək istəməsi qeyd olunub.

Bundan sonra həmin tələbəni təcrübə mərkəzinin ərazisində tapmaq olmayıb. Bütün gecəni davam edən axtarışlara müəllimin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti də cəlb edilib. 

FHN əməkdaşları Ş. Axundovu təcrübə mərkəzinin yaxınlığındakı gölün kənarında taparaq, onun intihar etməsinin qarşısını alıblar.

Azxeber.com portalı sözügedən hadisə ilə bağlı biologiya fakültəsinin 2-ci kurs tələbəsi Şəhriyar Axundovu tapıb.

Portalın əməkdaşı ilə söhbətində tələbə baş verənlərin heç də yazıldığı kimi olmadığını deyib:

- Şəhriyar, mətbuatda yazılıb ki, müəlliminlə olan mübahisəyə görə intihar etmək istəmisən. Bu məlumatlarda doğruluq payı varmı?

- Yazılanları oxumamışam. Amma hadisə haqqında yazılanlar görünür təhrif edilib. Mənim bir gün əvvəl halım pis idi və ac qarnına o qədər dərman vermişdilər ki, səhər yuxudan dura bilməmişdim. Başım hərlənirdi, dura bilmirdim. Halım düzələndən sonra hamı kimi mən də praktikaya getmək üçün hazırlaşdım. Mənə də gecə demişdilər ki, sabah Şahdağa gediləcək. Hətta soruşmuşdular və mən də gedəcəyimi dedim. Əslində bizim rəhbərimiz bizi heç yerə aparmırdı. Praktika rəhbərimiz olmayan Əbülfəz müəllim bizim qrupu aparmaq istəyirdi. Mən də hazırlaşıb avtobusda oturdum. Bu zaman sinif nümayəndəmiz mənə yaxınlaşaraq üstümə qışqırmağa başladı. O, mənə görə bütün qrupun Şahdağa gedə bilməyəcəyini dedi. Elə həmin əsəblə mən otağıma getdim. Sonra digər qrup yoldaşım mənim üstümə qışqırmağa başladılar. Heç cür sakitləşə bilmədiyimi görüb meşəyə qaçdım.

-  Meşəyə qaçmaqla intihar etmək istəyirdin?

- Xeyir, mən intihar etmək istəmirdim. Hamısı məni axtarıb. Tapa bilməyəndə də FHN-ə zəng vurublar.

-  Mətbuatda yazılıb ki, FHN səni tapanda damarlarını kəsmək istəmisən. Bu doğrudur?

- Xeyr, doğru deyil. Mən intihar etmək fikrində olmamışam. Çünki mənim qrupdan ayrılmağıma səbəb əsəbləşməyim olub.

-  Bu hadisəyə görə fakültə rəhbərliyindən hansısa bir tənqidlə üzləşməmisən?

- Xeyr, baş verən hadisəyə görə heç kim mənə bir söz deməyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar