Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tələbələrə faizsiz kredit veriləcək


Bunun üçün müraciətlərin qəbuluna başlanılıb


``Maarifçi`` Tələbə Kredit Fondu tərəfindən veriləcək bu kreditləri tələbələr univeristeti bitirdikdən 1 il sonra, növbəti 5 il ərzində qaytara bilərlər.

 10 dövlət universiteti tərəfindən təsis edilən və başqa 4 universitetlə əməkdaşlıq edən bu fondun kreditləri bu ildən etibarən faizsiz olacaq.

Bu kreditlərdən isə yalnız 14 univeristetin - Azərbaycan Dillər, Azərbaycan Dövlət Aqrar, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki , Azərbaycan Memarlıq və İnşaat, Bakı Dövlət, Bakı Slavyan, Gəncə Dövlət, Lənkəran Dövlət, Sumqayıt Dövlət və Xəzər Universitetlərnin tələbləri istifadə edə bilər. Ancaq bu xidmətdən 1-ci kurs tələbləri istifadə edə bilməz. Buna səbəb isə kredit verilərkən tələbənin akademik göstəricilərinin nəzərə alınmasıdır. Yəni zəif nəticə göstərən tələbələrə kredit verilməyəcək.

İndiyədək kredit götürmüş tələbələrin müqavilələri də yenilənəcək. Belə ki, bu əvvəlki şərtlərlə illik 8 faiz olmaqla 135 nəfərə 220 min manat kredit verilib. Onların da müqaviləsi yenilənəcək və faizlər ləğv ediləcək. Bu kreditlərdən istifadə etmək istəyənlər isə oktyabrın sonuna kimi ``Maarfiçi`` Tələbə Kredit Fonunda elektron qaydada müraciət etməlidir. (xezerxeber.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar