Azərbaycanda tələbə universitetin həyətində bıçaqlanıb
PİA.AZ report-a istinadən xəbər verir ki, hadisə Lənkəran Dövlət Universitetinin (LDU) həyətində baş verib.
Belə ki, universitetin 3-cü kurs tələbəsi Zəka Həmidov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan sözügedən sayta bildirilib ki, yaralı çoxlu qan itirib və vəziyyəti ağırdır.
pia.az