Xəbər xətti

26 MAY

0:40 Lənkəranda “Mercedes” aşdı - Sürücü yaralandı

0:16 55 yaşlı kişi quyuya düşdü - Lənkəranda

0:15 Adamı nəğməsindən tanımaq olmur

0:01 Bu gün bürcünüz nələr vəd edir?

25 MAY

23:51 DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

23:46 Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edildi

23:44 Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib

23:35 Azərbaycan neftinin son qiyməti

23:24 “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq”

23:11 Ramazanın 10-cu günü – İmsak və iftar vaxtı

22:59 Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

22:44 Kəşfiyyatçılarımızın təlimi başa çatdı

22:30 “200 manatlıqlar inflyasiya gözləntilərini artıracaq” – Ekspert rəyləri

22:23 İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

22:10 Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

22:00 Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

21:51 Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

21:40 Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

21:34 Gədəbəy sakini bıçaqlanıb

21:20 Sürücülük hüquqları dəyişdirilir

21:07 Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var

20:59 Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

20:51 İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına nə vaxt baxılacaq?

20:40 Maliyyə Monitorinqi Xidməti yaradıldı – Fərman

20:33 Deputat: “Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz”

20:27 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid etdi

20:20 Ronaldo futboldan gedəcəyi vaxtı açıqladı

20:13 İstanbulda xüsusi əməliyyat

20:06 Dünyada 25 milyon insan kölə kimi yaşayır

19:59 ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

19:53 “Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

19:50 Məşhur aparıcı-aktrisa keçmiş əri ilə tətilə yollanır

19:47 Pakistan Türkiyədən 30 hərbi vertolyot alacaq

19:44 Makron: “ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi düzgün qərar deyildi”

19:40 Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi

19:35 İmişlidə 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb

19:30 ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq etdi

19:18 Ermənistan prezidenti Gürcüstana getdi

19:05 Bakı çimərliklərində yoxlamalar başladı

19:00 Şamaxıda M.Ə.Sabirə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub

18:53 Akif Çovdarov məhkəmədən bəraət istəyib – “MTN işi”

18:45 “Mançester Yunayted” hücumunu gücləndirir

18:33 Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

18:26 Deputata “Xalq yazıçısı” adı verilib

18:21 “ASAN xidmət” və “ASAN Kommunal” 1 gün işləməyəcək

18:16 Binəqədidə avtomobil yollunun yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

18:10 “Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər”

18:05 “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

18:00 Bakı çimərliklərində yoxlamalar başladı

17:56 İstanbulda 51 terrorçu saxlanıldı

17:52 Maşın qaçıran keçmiş məhkum tutulub

17:47 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

17:44 Dolların 4 günlük məzənnəsi

17:41 “1000 bərəkət, halal nemət” məhsulları halal deyilmiş

17:35 Azərbaycan Xocalı aeroportunu vura bilərmi?

17:30 Məşhur model intihar etdi

17:26 “Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər”

17:22 Bakı-Sumqayıt yolunda tıxac azalacaq

17:19 “Çoxdandır bu cür təklif gözləyirdim”

17:15 “Vurulmuş təyyarəyə görə Rusiya məsuliyyət daşıyır”

17:11 Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi

17:03 Vahid Ələkbərov: “Neftin hazırkı bazar dəyəri spekulyativ qiymətdir”

16:58 Polşada qatarlar 250 km/saat sürətlə hərəkət edəcək

16:55 İranlı parlamentar: “Tramp və Pompeo diplomatik qaydaları bilmir”

16:49 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib

16:44 “Tramp-Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb”

16:38 Rəqsanə: “O, mənə atalıq etməyib”

16:33 NATO və Avropa Rusiyaya qarşı birləşdi

16:27 Rusiyada alkoqol məhsulları onlayn satılacaq

16:23 Facebook-da yalan məlumatların paylaşılması məsuliyyət yaradırmı?

16:18 Lavrov: “Bunu onların vicdanına buraxıram”

16:12 “Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib

16:07 “OPEC hasilatın azaldılması siyasətini dəyişdirə bilər”

16:00 İrana görə Avropa ilə üz-üzə gələn ABŞ-ın “sanksiya silahı” öz təsir gücünü itirə bilər? – Müsahibə

15:57 “Azərbaycanla hərbi əməkdaşlığın daha da güclənməsində qərarlıyıq”

15:53 “Məşğulluq sahəsində görülən işlər öz nəticəsini verir”

15:49 “Neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək”

15:45 Jurnalist öz evində qətlə yetirildi

15:41 Dünyada 25 milyon insan kölə kimi yaşayır

15:38 “Tezliklə Qüdsdə böyük hadisələr olacaq”

15:32 “Ana-bacı söyüşü işlətdi, mən də ürəyindən vurdum”

15:27 Şoyqunun artan şöhrəti Putini qorxudur

15:23 28 may günü “ASAN xidmət” işləməyəcək

15:18 Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

15:15 Dünyada yeni ölümcül virus yayıldı

15:11 Kremldən Trampın qərarına reaksiya

15:07 ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoydu

15:03 Rasim Balayev: “Məni kriminal avtoritet kimi görəcəksiniz”

15:03 “Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”

14:59 Dünya liderlərinin maraqlı idman hobbiləri

14:55 Oqtay Əsədov Gürcüstana gedir

14:51 Tereza Mey: “Rusiyaya qarşı təzyiqi davam etdirəcəyik”

14:47 Bu il 41 nəfər dəm qazından zəhərlənib

14:44 Əfv sərəncamının icrası başa çatıb

14:40 İmperatordan İlham Əliyevə təbrik

14:35 “Kontakt Home” alıcılara bu yolla fırıldaq gəlir

14:30 Türkiyə AXC-nin 100 illiyi şərəfinə pul nişanı hazırladı

14:26 “İdmançılara ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır”

14:22 Qarabağ qazisi telekanalları qınadı

14:17 Sabahın hava proqnozu

14:13 Ermənistanın yeni Baş Qərargah rəisi kimdir?

14:10 ABŞ Türkiyəyə F-35 qırıcıları satmayacaq

14:06 Kolumbiya prezidentini seçir

14:02 Əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

13:58 Türkiyənin müdafiə nazirinin müavini Gəncəyə gəlir

13:55 İbrahimbəyova qarşı cəza tədbirləri həyata keçirilməlidir

13:51 ABŞ dövlət katibi: “Tramp İranda rejimi dəyişmək niyyətində deyil”

13:47 Azərbaycanda yeni medal təsis olunur

13:44 Ronaldinyodan 2 qizla evlənəcəyi xəbərlərinə reaksiya

13:40 Dünyanın ən zəif orduları

13:36 İran və beş ölkənin diplomatları Vyanada görüşəcək

13:32 Lars Fon Trier: “Yeni filmlərə baxmıram”

13:27 Keçmiş əri Mənzurəni oğurluqda ittiham edir

13:09 Əsəd Cahangir postinsanı düzgün anlamayıb

13:05 Nərimanovda narkomaniyaya qarşı növbəti təlim keçirilib

12:57 Bahar Muradova: “Heç kimə belə sonluq arzulamazdım”

12:53 Qız üstündə dava salan şair

12:48 Sabiq nazirin VEMTAS “islahatı”: Müslümovun “islahatçı əli” olan Elnur Məcidovun işi araşdırılır

12:48 “Qarabağ” klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

12:45 Ağır vəziyyətdə olan məhkumlar da azadlığa çıxır



ANALİZ

...

Təkamül haqqında 10 vacib sual – Elm

Tarix 14.07.16, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Bizim indi yaşadığımız mərhələni ABŞ 90 il əvvəl keçib


Ona görə, sadəcə ağıllı olub, başqalarının təcrübəsindən dərs götürə də bilərik. Yox, əgər çox ağıllı olduğumuz üçün palçığa mütləq özümüz batmaqda israrlıyıqsa, bu, başqa məsələ. Onda heç olmasa palçıqlı yolda nələrin olduğunu öyrənək. 

1925-ci ildə ABŞ-ın 15 ştatında məktəblərdə Təkamül Təliminin tədrisini yasaqlayan qanun qüvvəyə minir. Amma Con Skops adlı 24 yaşlı gənc müəllim qəsdən Tennesi ştatının Deyton şəhərindəki məktəblərin birində uşaqlara Təkamül Təlimi dərsini keçir. Bu, təxminən Doğu Perincəyin gedib İsveçrədə qanunu pozaraq, “Erməni soyqırımı yalandır!” deməsi kimi bir aksiya idi. Yəni qanunun haqsız olduğunu göstərmək məqsədi daşıyırdı.

Söz vaxtına çəkər, 1925-ci ilin iyul ayında Deytonda ABŞ və bəlkə də dünya tarixinin ən səs-küylü məhkəmələrindən biri baş tutur. Nə başınızı ağrıdım, məhkəmədə müttəhim və onun vəkili Bibliyada təsvir olunan yaradılış ssenariləri ilə doyunca məzələnirlər. Skops məhkəməni uduzur, 100 dollar cərimə olnur və Appellyasiya şikayəti verir. Yuxarı instansiya isə ona haqq qazandıraraq, hökmü ləğv edir. Bununla da əks proses başlayır. 

Təkamül Təliminin tədrisini yasaqlayan qanun bəzi ştatlarda 1967-ci ildə qədər qalmışdı. Çünki ABŞ hətta indinin özündə belə, əhalisi son dərəcə dindar olan bir dövlətdir. O illərdə isə Amerika cəmiyyəti təxminən hazırkı İran camaatı qədər klerikal idi. Amma elmi fikir Amerika cəmiyyətinin mühafizəkarlığına üstün gəlir.

Bu gün eyni mübarizə Azərbaycanda gedir. Sırf elmi bir nəzəriyyə olan Təkamül Təliminə qarşı şiddətli hücumlar var: xaricdən maliyyələşən dini saytlar, bloqlar, səhifələr, ayrı-ayrı şəxslər geniş miqyasda antı-Təkamül təbliğatı aparırlar. Təkamülə inandığını deyən şəxslərə rişxənd edilir, mənəvi təzyiqlər olunur. İş o yerə çatıb ki, məktəblərdə bəzi müəllimlər uşaqlara Təkamül Təlimini öyrətməkdən imtina edirlər. 

Biz nə edirik?! 90 il əvvəlin Amerikasınamı qayıdırıq?! Bu gün Təkamül Təlimini müdafiə etmək, onu cəmiyyətə anlatmaq, yaymaq vacibdir. Çünki Təkamül – dünyəvi təhsilin ön cəbhəsində, hücum altındakı bir qaladır; məktəbi mədrəsədən ayıran sərhəddir. Təkamül Təliminin sıxışdırılıb gözdən salınması sekulyar təhsilin, ardınca da sekulyar düşüncənin məğlubiyyəti olacaq. Bununla da klerikal düşüncənin səlib yürüşü başlayacaq. Cəmiyyətin taleyinə ən azı öz içində biganə olmayan insanlardan soruşuram: Siz, doğrudanmı bunu istəyirsiniz? Belə perspektiv sizi heçmi narahat etmir?

Təkamül Təlimini müdafiə etmək üçün isə öncə onun nə olduğunu düzgün bilmək lazımdır. Ona görə də, buyurun, Təkamül ilə bağlı 10 ən vacib sualın düzgün cavabları.

1. Təkamül Təlimi nə deyir? 

Təkamül Təlimi deyir ki, heç bir canlı növü hazırda olduğu şəkildə qəfildən, heçdən yaradılmayıb. Bütün növlər özlərindən əvvəlki növlərin milyonlarla il ərzində tədricən dəyişməsi nəticəsində ortaya çıxıblar. Bu dəyişmənin isə 3 mexanizmi var: irsiyyət, mutasiya, təbii seçmə. Təbii seçmə o deməkdir ki, ətraf mühitin şərtlərinə daha çox uyğun gələn canlıların sağ qalmaq şansı yüksəkdir və nəticədə onlar öz genlərini sonrakı nəslə ötürürlər. Digərləri isə çıxdaş olunur. Beləliklə, nəsillər bir-birini əvəzlədikcə, genetik dəyişmələr milyon illər ərzində toplanır və əvvəlkindən fərqlənən növlər meydana çıxır. 

Buradan aydın olur ki, yeni növlərin yaranması – dəqiq başlanğıcı və sonu olan bir proses deyil. Və biz insanlar da son mərhələ deyilik, milyon il sonra yaşayacaq nəsillərimiz (təbii, əgər o vaxta qədər həyat davam edərsə) bizə aralıq növ kimi baxacaqlar. Bu gün bizim Avstralopiteklərə baxdığımız kimi.

2. İnsan meymundanmı yaranıb? 

Bu, Təkamül Təlimini aşağılamaq üçün yaradılışçılar tərəfindən ortaya atılan mifdir:
- Əşşi, bu təkamülçülər nə deyir e?
- Deyirlər ki, insan meymundan yaranıb!
- Hahahahaha... 
Vəssalam. Əslində isə Darvinin özü də daxil olmaqla heç bir təkamülçü alim heç vaxt insanın meymundan yarandığını iddia etməyib. İnsanla meymunun ümumi əcdadının olması tamam ayrı fikirdir. Ona qalsa, bir qədər daha qədimə və dərinə getsək, insanla atın da, itin də, balığın da əcdadı eynidir. 

3. Təkamül Təlimi və Darvinizm eyni şeydirmi? 

Xeyr. Müasir `Boinq-757` layneri ilə Rayt qardaşlarının düzəltdiyi ilk təyyarənin arasında nə qədər fərq varsa, indiki Təkamül Təlimi ilə darvinizmin arasında da təxminən bir o qədər fərq var. Darvin öz ideyasını 1830-cu illərdə formalaşdırmağa başlayıb, 1859-cu ildə “Növlərin mənşəyi” kitabı çıxıb. O vaxt növlərin mənşəyini izah edə biləcək müasir elm sahələri – genetika, embriologiya, molekulyar biologiya və s.,- hələ yox idi. Ona görə də, klassik darvinizm bu gün yalnız elm tarixi kimi maraq doğurur. 

Müasir dövrdə Sintetik Təkamül Təlimi adlanan nəzəriyyə əsas götürülür və demək olar ki, bütün ciddi elm adamları tərəfindən qəbul edilir. Bu nəzəriyyə genetika, molekulyar biologiya, embriologiya, paleontologiya, sistematika və s. elm sahələrinin birləşməsindən yaranıb. Klassik Təkamül nəzəriyyələrindən (darvinizm, lamarkizm və s.) fərqli olaraq, Sintetik Təkamül Təliminin heç bir ciddi boşluğu yoxdur. 

4. Təkamülə aid sübutlar varmı?! 

Bəli. Özü də o qədər çox və müxtəlifdirlər ki, bir neçə qrupa bölünürlər. Bunlar sübutların özləri yox, sadəcə, bölündükləri qruplardır:

- Fizioloji sübutlar: İnsanlarla heyvanların orqanizmlərində gedən proseslərin arasındakı bənzərlik;
- Embrioloji sübutlar: Ana bətnində ikən insan və heyvan rüşeymlərinin ilk dövrlərdə demək olar ki, eyni cür inkişaf etməsi;
- Paloentoloji sübutlar: Müasir insana və heyvanlara bənzəməyən canlıların qalıqlarının tapılması;
- Biokimyəvi sübutlar: İnsan və heyvan hüceyrlərinin daxili tərkibinin demək olar ki, eyni olması;
- Müqayisəli anotomik sübutlar: İnsan və heyvan bədənlərinin oxşar quruluşa malik olması, insandakı rudiment və atavizmlər;
- Genetik sübutlar: İnsan ilə heyvanların arasındakı genetik eyniliyin yüksək səviyyəsi.

5. Genetika Təkamülü təsdiqləyirmi? 

Bəli. Əgər insan ilə şimpanzenin genomu arasında haradasa 90 faizdən çox eynilik varsa, bunu təsadüflə izah etmək mümkün deyil. Yeganə məntiqli izah onların ümumi əcdada malik olmasıdır. Nəinki meymun, insan ilə siçanın genləri 80% oxşardır. İt və insan genləri arasında da təxminən 85-90 faiz eynilik mövcuddur. Bəzi bakteriyalarla genetik oxşarlığımız 80 faizdən çoxdur. Hətta bananın genomu bizimlə 50%, Nərgiz gülünün genomu 35% üst-üstə düşür. Bu, ancaq ondan xəbər verir ki, bütün canlıların bir vahid əcdadı var, bütün canlılar bir hüceyrədən, bir gendən başlanğıc götürürlər. Heç biri ayrı-ayrılıqda müstəqil növ kimi yoxdan yaradılmayıb. Yer Kürəsindəki bütün canlılar bir ağacın milyonlarla budaqlarıdır.

6. Təkamülü təsdiqləyən ara növlər varmı? 

Əlbəttə. Amma Darvin “Növlərin mənşəyi”ni yazanda həmin keçid növləri hələ məlum deyildilər. Ona görə də, Darvin özü kitabında bunu nəzəriyyənin ən zəif tərəfi kimi göstərirdi. İndinin özündə də yaradılışçılar 157 il əvvəl çıxmış kitabdakı həmin boşluğa əsaslanaraq, Darvinizmi tənqid edirlər. Halbuki bu, onun səhvi yox, öz dövrü üçün dahiliyi, zamanı qabaqlaması idi: Darvinin kitabı çıxandan cəmisi iki il sonra ilk ara növ olan arxeoptreiks tapıldı. Bu, sürünənlərlə quşlar arasındakı keçid növüdür. Bu gün ara növlər yetərincə çoxdur. Məsələn, balıqlarla suda-quruda yaşayanlar arasında keçid növləri olan Tiktaalik və İxtiosteq; məməlilərlə balinalar arasında keçid növü olan Ambulosetus; atların əcdadı olan Meziogippus; fillərin əcdadı olan Meriterium...

Aralıq növlər kifayət qədərdir, amma əlbəttə ki, bütün növlərin arasında keçidlər hələ tapılmayıb. Burada açar fikir odur ki, “yoxdur” və “tapılmayıb” eyni şey demək deyillər. Bu gün tapılmayan şey sabah tapıla bilər. Məsələn, balıqlarla suda-quruda yaşayanlar arasında keçid növü olan Tiktaalik 2004-cü ildə tapılmışdı. Darvinin kitabından 145 il sonra...

7. Alimlər Təkamülü tənqid edirlərmi? 

Əlbəttə. Tənqidsiz elm olmaz ki! Təkamülçülər özləri də bu nəzəriyyənin çatışmayan və zəif tərəflərini tənqid edirlər. Necə ki, kvant fiziklərinin arasında “Standart Model”i tənqid edən yüzlərlə alim var. Bu tənqidlər nəzəriyyənin boşluqlarını göstərməyə xidmət edir. Nəticədə nəzəriyyə təkmilləşir, boşluqlar aradan qaldırılır. Məhz tənqidlərin sayəsində Sintetik Təkamül Təlimi bu gün demək olar ki, bütün alimlərin qəbul etdiyi güclü elmi nəzəriyyəyə çevrilib.

8. Təkamülün alternativi varmı? 

Hazırda Təkamül Təlimi – çoxnövlüyün səbəbini izah edən YEGANƏ ELMİ NƏZƏRİYYƏDİR. Başqa heç bir alternativ yoxdur. 

Elmdən kənarda isə yaradılışçıların (kreasionistlərin) təklif etdiyi dini-mifoloji alternativlər var. Dini təsəvvürlərə görə, Allah insanı palçıqdan yaradıb. Bu, Quranda 12 yerdə iddia olunur, məsələn: “Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur” (Ənam/2). 
Bibliyaya görə, kişi torpaqdan, qadın isə onun qabırğasından yaradılıb (Varlıq kitabı, 2:21). 
Qurana görə, bir sıra heyvanları Allah insanın istifadə etməsi üçün “öz əllərilə” yaradıb: “Məgər onlar görmürlər ki, onlardan ötrü sahib olduqları mal-qaranı öz əllərimizlə yaratmışıq?” (Yasin / 71). 

Misalları xeyli artırmaq olar, amma ehtiyac görmürəm. Bu yanaşmalar heç bir halda Təkamül Təliminə alternativ ola bilməzlər. Çünki əvvəla, qətiyyən elmi deyillər. İkincisi, bu fikirləri sübut edə biləcək bircə dənə də fakt, dəlil yoxdur. Bunsuz isə elmi nəzəriyyə, hətta fərziyyə belə, olmaz. Onlar sadəcə, kökü islamdan da, xristianlıqdan da çox-çox əvvələ gedən mifoloji yanaşmalardır. Misal üçün, insanın palçıqdan yaranması ideyası hələ eradan əvvəl 3-cü minillikdə Gilqameş dastanında var idi. 

9. Təkamül Nəzəriyyəsinin yalan olduğu sübut edilə bilərmi? 

Elmdə məsələlər o cür həll olunmur. Nəzəriyyəni tənqid etmək olar, hətta lazımdır. Amma yalan olduğunu sübut etmək olmaz. Çünki əgər nəzəriyyə yalandrsa, buyurun, çoxnövlüyün səbəbini və mənşəyini izah edən doğru nəzəriyyəni irəli sürüb, əsaslandırın, hamımız sizə təşəkkür edək və ona inanaq. Adınız tarixə qızıl hərflərlə yazılsın, Nobel mükafatı da sizin olsun!

10. Təkamül Təlimi ilə dini uyğunlaşdırmaq olarmı? 

Həm xristianlığa, həm də İslama görə insan – Yerdə yox, “Cənnət” adlanan mifik məkanda palçıqdan yaradılıb. Sonra Allahın sözündən çıxıb, yasaq meyvəni yediyi üçün cəzalandırılaraq, Yerə göndərilib (“sürgün edilib” demək daha düzgün olar). Yəni dinə görə Yer planeti bizim yarandığımız yox, cəzalandırılaraq göndərildiyimiz məkandır.

Təkamül təliminə görə isə, Antropogenez (insanın formalaşmasına səbəb olan bioloji proses) təbii ki, Yer planetində gedib və 2 milyon ilə yaxın davam edib.

Bundan başqa, Quran məntiqinə görə, bütün canlılar olduqları şəkildə hazır, planlı, düşünülərək yaradılıblar, ətraf mühitə uyğunlaşmaq üçün hansısa təkamül keçməyiblər. Məsələn, “Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?” (Ğaşiyə / 17) ayəsində məna budur ki, Allah dəvəni planlı və məqsədli şəkildə səhrada yaşamağa uyğun yaradıb. Halbuki, dəvənin vətəni Amerikadır, əcdadı Parakamelius adlı canlı olub. Dəvələr Avrasiyaya Pliosen dövrünün sonunda (haradasa 5 milyon il əvvəl) Berinq boğazından keçərək gəliblər. Və təbii ki, indiki dəvəyə xas xüsusiyyətlər onun qədim əcdadında olmayıb. Onlar səhrada yox, əksinə, “mamont faunası” dövründə buzlaq şəraitində yaşamağa uyğun canlılar olublar.

Yəni, birmənalı olaraq xeyr, Təkamül Təlimi ilə dini uyğunlaşdırmaq mümkün deyil. Belə bir fikir ortaya atmaq olar (və atırlar da) ki, Təkamül – canlı növlərinin formalaşması üçün Yaradanın qurduğu bir mexanizmdir. Çox gözəl. Amma bu Yaradan artıq İslam və ya Xristian dininin Allahı olmayacaq. Çünki həmin dinlərin Allah canlıları düşünərək, planlı şəkildə yaradıb. Dediyimiz ideya isə artıq avramist dinlərin təkamül edərək, yeni bir dinə başlanğıc verməsi anlamına gəlir.

Vüsal MƏMMƏDOV(azvision.az)
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru