Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil şöbəsinin müdiri MTN-lə əlaqələrinə görə şantaj olunur?

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov həyata keçirtdiyi korrupsiya əməllərini və özbaşınalıqlarını sığortalamaq üçün il yarım öncə qardaşı, "Bakı Şərab" ASC-1 rəhbərliyində təmsil olunan Rafiq Sadıqov və bir müddət əvvəl dələduzluq maddəsi ilə məhkum olunan sayt rəhbərinin vasitəsi ilə MTN-nin idarə rəiisi Akif Çovdarovun adamları ilə münasibətlər yaradıb


Ramiz Sadıqovun Beyləqan Telefon Qovşağına rəs təyinatı üçün isə Vidadi Zeynalova 30 min manat rüşvət verdiyi iddia olunur.

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovla bağlı Azmedia.info-ya ilginc məlumat daxil olub.Həmin məlumatı verən mənbəmiz bildirir ki, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov həyata keçirtdiyi korrupsiya əməllərini və özbaşınalıqlarını sığortalamaq üçün il yarım öncə qardaşı, "Bakı Şərab" ASC-1 rəhbərliyində təmsil olunan Rafiq Sadıqov və bir müddət əvvəl dələduzluq maddəsi ilə məhkum olunan sayt rəhbərinin vasitəsi ilə MTN-nin idarə rəiisi Akif Çovdarovun adamları ilə münasibətlər yaradıb. 

Mənbənin iddiasına görə Tofiq Sadıovun qardaşı Rafiq Sadıqov həbs olunan generalın adamalrı ilə xeyli müddət sıcaq münasibətlərə malik olub.  Bu münasibətlərə görə məhz Tofiq Sadıqovun kiçik qardaşı Ramiz Sadıqov MTN-dəki şəxslərin tapşırığı ilə Beyləqan rayon Telefon Qovşağının rəisi təyin edilib. İddiaya görə Ramiz Sadıqovu Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin hazırda həbs oluna aparat rəhbəri Vidadi Zeynalov rəis təyin edilməsini təşkil edib. Ramiz Sadıqovun Beyləqan Telefon Qovşağına rəs təyinatı üçün isə Vidadi Zeynalova 30 min manat rüşvət verdiyi iddia olunur. 

Tofiq Sadıqovla MTN işçilərinin münasibətinin necə yaranmasını isə mənbəmiz belə qeyd edir. Təxminən 1 il 5 ay bundan öncə Tofiq Sadıqov ikinci dəfə ciddi şantajla üzləşir və (şöbə müdirinin birinci şantajından ətrafının və xeyli sayda mətbuat nümayəndəsinin xəbəri var), yarana biləcək problemin həlli üçün ora bura əl atan şöbə müdiri məlum baş redaktorla tanış olur. Tanışlıqdan sonra Tofiq Sadıqov ona edilən şantajla bağlı baş redaktoru məlumatlandırır və kömək istəyir. Tofiq Sadıqovun 5 min manat rüşvət qarşılığında problemini həll edən baş redaktor onu MTN-nin yüksək rütbəli şəxsləri ilə tanış edəcəyini və mətbuatdakı problemlərinin birdəfləik həll olunacağını deyir. 

Hər zaman qalmaqalı ilə gündəmə gələn Tofiq Sadıqov isə, MTN-nin işçiləri ilə münasibət qurmağa anındaca razılıq verir. Mənbəmiz qeyd edir ki, Tofiq Sadıqov məsələnin dəqiq olması üçün qardaşı Rafiq Sadıqovu ortaya salır və ilk münasibətidə Bakı Şərab -1 in rəhbərliyində işləyən qardaşı yaradır. Yaranan münasibətdən sonra isə Tofiq Sadıqovun qardaşı Ramiz Sadıqov AzTelekom rəhbərliyinə rəis gətirilsə də, Təhsil Şöbəsi müdirinin mətbuatdakı problemi öz həllini tapmır. Çünki Tofiq Sadıqovu şantaj edən jurnalistlər də, MTN işçiləri ilə əlaqəli çalışırlar. Tofiq Sadıqovun qardaşı vasitəsi ilə Beyləqan Telefon qovşağını tam nəzarətə alan MTN-çilər isə Tofiq Sadıqova qarşı şantajlarını davam etdirirlər.

Mənbəmiz bildirir ki, Beyləqan Təhsil şöbəsindəki korrupsiya faktlarının mətbuatdə gündəmə gəlməsi Tofiq Sadıqovla məlum baş redaktorun arasında bir müddət soyuqluq yaradıb. Ancaq 6 ay sonra şöbə müdiri həmin baş redaktorla yenə barışaraq xəyalında MTN-nin daha yüksək şəxsləri ilə münasibətlər quracağına inanır. Eldar Mahmudovun vəzifəsindən çıxarılması, Akif Çovdarovun və adamlarının həbs olunması Toiq Sadıqovun xəyalını yarımçıq qoyur və ən əsəası isə Tofiq Sadıqovun hələ də şantaj altında olduğu bildirilir. Yəni hazırda  məlum sayt rəhbəri Tofiq Sadıqovu və qardaşlarını indi həm köhnə əməlinə görə, həm də MTN-lə əlalərinə görə şantaj etməkdə davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar