Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil şöbələri ləğv olunur


Azərbaycanda rayon və şəhər təhsil şöbələrinin fəaliyyəti dekabrın 15-dən dayandırılacaq


Hökumətdəki mənbədən Trend-ə verilən məlumata görə, dekabrın 15-dən təhsil şöbələrinin bütün işçiləri vəzifələrindən azad ediləcəklər.
 
Yanvarın 1-dən isə artıq Təhsil Nazirliyinin yerlərdəki 15 Regional İdarəsi fəaliyyətə başlayacaq. Hazırda həmin idarələrin strukturunun formalaşdırılması üzrə yerlərdə işlər aparılır.
 
Təhsil Nazirliyinin strukturuna daxil olan həmin idarələr işə başladıqdan sonra yerlərdə təhsilin idarəolunması işi ilə məşğul olacaqlar. Yerlərdə təhsil müəssisələrinin fəaliyyətinin maliyyənləşdirilməsi də artıq bu qurumların vasitəsilə həyata keçiriləcək.
 
Hazırda isə təhsil sisteminin maliyyələşdirilməsi Təhsil Nazirliyinin və yerli təhsil şöbələrinin xətti ilə həyata keçirilir.
 
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə Sumqayıt şəhər, Abşeron, XızıQubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi, Xaçmaz, Quba, Qusar, ŞabranSiyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi, İsmayıllı, Şamaxı, QobustanAğsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi, Şəki şəhər, OğuzQəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi, Balakən, ZaqatalaQax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi, Ağstafa, QazaxTovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi, Şəmkir, GədəbəyDaşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi, Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, KəlbəcərXocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi, Yevlax və Mingəçevir şəhər, AğdaşBərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi, Ucar, Zərdab, KürdəmirGöyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi, Sabirabad, Saatlı, İmişliBeyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi, Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, BiləsuvarCəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsi, Masallı, YardımlıCəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi, Lənkəran şəhər, AstaraLerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi yaradılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar