Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında


Azərbaycanda test sisteminin ləğvindən söhbət getmir. Qiymətləndirmənin formatında yeniliklərin tətbiqi nəzərdə tutulur, amma formatda müəyyən yeniliklər olsa da belə, sistemdə ciddi dəyişikliklər baş verməyəcək


PİA.AZ Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov kurrikulumla təhsil alanlar üçün 2 ildən sonra qəbul imtahanlarında dəyişikliklərin ediləcəyi, test imtahanının ləğv ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qiymətləndirmədə dəyişikliklərə artıq start verilib.

C.Bayramov deyib ki, bu il 9-cu sinifdə təhsil alan şagirdlər artıq yeni format üzrə imtahan veriblər: "Bir məqamı qeyd edim ki, test sisteminin ləğvindən söhbət getmir. Söhbət ondan gedir ki, kurrikulum proqramı ilə təhsil alan şagirdlərin biliklərinin yalnız bizim qəbul etdiyimiz ənənəvi qaydada, bir neçə seçim əsasında olan test vasitəsilə həyata keçirilməsi mümkün deyil. Ona görə də orada daha geniş qiymətləndirmənin aparılmasından söhbət gedir. Bu, artıq 9-cu sinif səviyyəsində baş verdi. Yenə də qeyd edirəm ki, qiymətləndirmənin formatında yeniliklərin tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə də Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında işlər davam etdirilir. Yaxın vaxtlarda bununla bağlı geniş məlumat veriləcək. Biz bir məqamı əminliklə qeyd edə bilərik ki, formatda müəyyən dəyişikliklər olsa da belə, sistemdə ciddi dəyişikliklər baş verməyəcək. Yəni burada obyektiv qiymətləndirmə olduğu kimi həyata keçiriləcək, hərtərəfli qiymətləndirmə əsasında şagirdlərin biliyinin üzə çıxarılması həyata keçiriləcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar