Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil müəssisələrində imtahan vaxtı dəyişildi



2015-ci ildə Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası bu il mayın 31-nə qədər başa çatdırılacaq


Təhsil Nazirliyi təhsil müəssisələrinə bu barədə imzaladığı əmrlə bağlı bildiriş göndərib. Əmrə əsasən, ali məktəblərdə dərs sessiyalarının müddətində də dəyişiklik edilib. Əmrdə qeyd olunur ki, 2014-2015-ci tədris ilinin dərs sessiyası dekabrın 28-də başa çatdırılmalıdır.
 
Qış imtahan sessiyası dekabrın 29-dan başlayaraq yanvarın 18-nə qədər bitməlidr. Tələbələr qış tətilinə yanvarın 19-dan 25-nə qədər buraxılacaqlar. Yaz sessiyası yanvarın 26-dan mayın 9-na qədər keçiriləcək. Yay imtahan sessiyası mayın 11-dən 24-nə qədər davam edəcək.
 
Dövlət imtahanları isə mayın 25-dən 31-nə qədər baş tutacaq.
 
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
 
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir. (trend)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar