Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil işçilərinin sentyabr konfransı keçirildi - Tərtərdə

Rayonun təhsil işçilərinin sentyabr konfransı keçirildi. Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular


 Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.

Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi, tədbir iştirakçıları konfransın gündəliyi ilə tanış oldular. S.Mirzəyev “2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.

Məruzəçi ötən tədris ilində görülən işləri ətraflı təhlil edərək, qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, rayon məktəbliləri 2016-2017-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qalib olmuşlar. Bu il ali təhsil ocaqlarına sənəd verən 332 nəfərdən 215 nəfəri ali (onlardan 185 nəfəri bu ilki, 35 nəfər isə əvvəlki illərin məzunlarıdır), 65 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri 500-dən yuxarı bal toplamışdır. 600-dən yuxarı bal toplayan 10 nəfərin 3 nəfəri şəhər 1 saylı, 2 nəfəri şəhər 5 saylı, 1 nəfəri 6 saylı, 1 nəfəri 2 saylı, 1 nəfəri Cəmilli, 1 nəfər Köçərli, 1 nəfəri isə Sarov kənd tam orta məktəbinin məzunlarıdır.  Ali məktəblərə qəbul zamanı şəhər 1 saylı (44 nəfər), şəhər 2 saylı (10 nəfər), Azad Qaraqoyunlu (11 nəfər), Sarov (10 nəfər) kənd tam orta məktəbləri fərqlənmişlər.     

6 nəfər C.Naxçıvaniski adına  hərbi liseyə daxil olmuşdur.
Təhsil  şöbəsinin müdiri müəllimlərin diaqnostik qiymətləndirilməsindən də söhbət açdı. Qeyd olundu ki, diaqnostik qiymətləndirmədə iştirak edən 1114 nəfər müəllimin ixtisas üzrə 91 nəfəri, metodika üzrə isə 521 nəfəri 0-10 arası bal toplamışdır. Soyulan kənd tam orta məktəbindən 9 nəfər, Xoruzlu kənd tam orta məktəbindən 6 nəfər, Dəmirçilər və şəhər 5 saylı tam orta məktəblərindən 4 nəfər, şəhər 1 və 3 saylı tam orta məktəbindən 3 nəfər müəllim 0-10 arası bal toplamışdır. Qiymətləndirmədə aşağı bal toplayan müəllimlərin adları açıqladı.

Məruzə ətrafında Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov, Köçərli kənd tam orta məktəbinin məzunu Tural Yunisli (638 bal), şəhər 5 saylı tam orta məktəbin məzunu Fəridə Arazzadə (628 bal), Qazyan kənd ümumi orta məktəbin gənc müəllimi İlahə Kərimli çıxış etdilər.

Tədbirdə iştirak edən Azərbaycan   Respublikasının  Təhsil  Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov çıxış edərək  təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı danışdı, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların rolundan söhbət açdı, təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırdı.

Tədbirin sonunda bir qrup təhsil işçisinə rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr verildi.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar