Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyindən internat müəssisəsi ilə bağlı açıqlama



Buzovna qəsəbəsində 13 saylı internat müəssisəsindən istilik sisteminin bərbad olmasıyla bağlı yayılan şəkillər həqiqəti əks etdirmir


Ümumiyyətlə, Buzovna qəsəbəsində Təhsil Nazirliyinin tabeliyində 13 saylı internat müəssisəsi yoxdur.
 
Bunu Publika.az-a açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib:
 
“Buzovna qəsəbəsində nazirliyin 8 saylı sanatoriya tipli internat müəssisəsi var. Həmin müəssisə Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir edilib. Hətta bir çoxlarımızın evində yaradılmayan şərait və istilik sistemi həmin müəssisədə var. İctimaiyyət bunu  yaxın zamanda jurnalistlər üçün təşkil ediləcək media-turlar vasitəsilə bir daha görəcək”.
 
C.Valehov onu da əlavə edib ki, hazırda hər hansı  təhsil müəssisəsində pəncərənin olmaması, normal şəraitin yaradılmaması inandırıcı deyil:
 
“Həmçinin Təhsil Nazirliyinin də tabeliyində olan bütün müəssisələrdə uşaqlar üçün bütün imkanlar yaradılıb. Heç bir müəssisədə o şəkillərdəki kimi görüntülərə rast gəlmək mümkün deyil”.
 
Qeyd edək ki, bu gün  sosial şəbəkədə Buzovnada 13 saylı internat müəssisəsindən çəkildiyi iddia edilən şəkillər yayılıb. Yayılan məlumatda müəssisədə istilik sisteminin olmadığı yazılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar