Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyi dərsliklərlə alver edir - İddia

Təhsil Nazirliyinin dərsliklərlə bağlı daha bir alver metodu haqda şikayət var


Valideynlər bildirirlər ki, övladları məktəbəqədər hazırlıqda dərsliklə təmin edilməyib: “Oktyabrın 2-də dərslər başlayanda bizə dedilər ki, bir həftəyə dərsliklər paylanacaq.

Onu da dedilər ki, paylanmasa məcbursuz özünüz alasız. Ayın ortasıdır, dərsliklər gəlib çıxmayıb, biz isə artıq “basma” dərsliklər almışıq. Maraqlıdır, əgər rəsmən təsdiqlənən dərsliklər hələ istifadəyə verilməyibsə, necə olub ki, “basması” satışdadır?”

AFN-in bu istiqamətdə apardığı araşdırma zamanı məlum oldu ki, Bakı məktəblərinin bir qismində məktəbəqədər hazırlıq siniflərinə dərsliklər paylanıb. Lakin burada da çatışmazlıqlar mövcuddur. Belə ki, 30 nəfərlik sinifə 9-10 komplekt dərslik paylanıb, üstəlik, müəllimlərə tapşırılıb ki, verilən vəsait üzərində heç bir iş aparılmasın(?).

Redaksiyamızı bununla bağlı məlumatlandıran valideynlər hesab edirlər ki, nazirlikdəki və digər aidiyyatı qurumlardakı işbazlar dərsliklərin surətini çıxarmaqla satışa buraxır və bundan külli miqdarda qazanc əldə edir. Onlarla söhbətdən məlum olur ki, müəllimlər valideynləri tələsdirirlər, “vaxt gedir, vəsait alın” deyib onları bazara göndərirlər. Bir sıra məktəblərdə isə vəsait olsa da, dərslərdə ondan istifadə edilmir.

Bütün bunların sonucda təhsilin keyfiyyətinə, məktəbin, müəllimin nüfuzuna ağır zərbə olduğunu deyən valideynlər ümid edirlər ki, bu cür problemlər tezliklə yoluna qoyulacaq. Təhsil Nazirliyinin mövqeyini almaq istəsək də, qurumun mətbuat xidmətinə edilən zənglər cavabsız qaldı. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar