Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyi Peşə Sektorunun müdiri milyonları necə qazanır?


Namiq Məmmədov peşə məktəblərinin direktporlarına aylıq haqq qoyub; tələbələrin təqaüdlərinin böyük hissəsi də Peşə Sektorunun müdirinə çatdırılır…


Təhsil Nazirliyinin Peşə Sektorlarının müdiri Namiq Məmmədovla bağlı  PİA.AZ  sensaion məlumatlar daxil olub. Bu barədə məlumat verən mənbə 113 peşə məktəbinə nəzarət edən Namiq Məmmədovun bu təhsil müəssisələrinin əli ilə ildə dövlətdən yüz min manatlarla vəsaiti oğurladığını bildirir.

Peşə sektoru müdiri Namiq Məmmədovun əsas qazanc yeri peşə məktəblərində oxuyan şagirdlərə verilən təqaüdlər və yardım puludur.   Xatırladaq ki, peşə məktəblərində   təhsil alan tələbələrə  30 manat təqaüd və ailə üzvülərini itirmiş şagirdlərə 90 manat müavinat verilir.  Bundan başqa imkansız ailələrin uşaqlarına əlavə yardım puluda ayrılır.  İnformasiya mənbəmiz bildirir ki,  ölkənin 113 peşə məktəblərində təhsil alan şagirdlərin sayı bir neçə şişirdilib

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, xüsusilə qaçqın və məcburi köçkün rayonlarında yerləşən Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam 2 nömrəli, Ağdam 4 nömrəli, Füzuli 1 nömrəli, Füzuli 2 nömrəli Peşə Məktəbləri və Goranboy Peşə Məktəbinin Xocalı filialında təhsil alan tələbələrin adlarını bir neçə dəfə artırıblar.  

Belə ki, hər ay  tələbələr üçün dövlət tərəfindən ayrılan 30 manatlıq müavinat direktorlar tərəfindən alınır və bu vəsaitlərin üçdə iki hissəsi Namiq Məmmədova çatdırılır. Valideyini itirmiş tələbələrə də ayda 90 manat müavinat və peşə məktəblərində oxuyan tələbələrə ildə bir neçə dəfə maddi yardım adı ilə pul ayrılır və həmin vəsaitlər peşə məktəblərinin rəhbərlikləri tərəfindən mənimsənilir.

Həmçinin Ağcabədi, Beyləqan, İmişli, Saatlı,  Şirvan, Zərdab, Göyçay, Yevlax, Lerik, Siyəzən, Bakı şəhərində, və digər rayonlarda fəaliyyət göstərən peşə məktəblərində  təhsil alan şagirdlərin yarıdan çoxsunun sadəcə adları təhisil müəssisənində gedir. Həmin tələbələrin böyük hissəsi peşə məktəblərinə əlavə pul ödəyirlər. Çünki repititor yan?na ged?n sagirdl?rin boyuk bir qismi m?hz pes? liseyl?rind? qeydiyyatdan kec?r?k atestat al?rlar ki, Namiq M?mm?dovun bu sah?d?n olan g?lirl?ri d? hec d? az deyil.

Daxil olan məlumatda göstərilir ki, Təhsil Nazirliyi Peşə Sektorunun müdirir Namiq Məmmədov bütün bu maxinasiyalrdan xəbərdardır və adı çəkilən məcburi köçkün rayonlarının peşə məktəblərində adları gedən 600 dən çox tələbənin adına yazılan vəsaitin yarısından çoxu şöbə müdirinə çatdırılır.

Həmçinin ötən il peşə məktəblərinə dövlət büdcəsindən ayrılan 3 milyon manat vəsait peşə məktəblərinə avadanlqıların alınmasına, digər xərclərə, dəftərxana ləvazimatlatına və cari təmir işlərinə sərf olunma adı ilə silinib. Mənbəninin iddisına görə dövlətin ayırdığı 3 milyon manat vəsait peşə məktəblərinə daxil olmayıb və sadəcə sənədlər üzərində hansısa maliyyə əməliyyatları aparılıb. Hər il peşə məktəblərinə cəmi 15-20 min manat vəsait ayrılır ki, bununlada sadəcə gözə kül üfürmək olur. Əslində isə həmin vəsaitlər də yerlərdə mənimsənilir.

Qeyd edək ki, rayonlardakı peşə məktəblərinin böyük bir hissəsinin balansında əkinə yararlı 10 hektardan çox torpaq sahələri var və direktorlar bu torpaqları şəxsi mülkləri kimi istifadə edirlər. Bildirilir ki, Təhsil Nazirlyi yanında Peşə Sektorunun müdirir Namiq Məmmədov həmin torpaq sahələrində öz təsərrüfatını qurub. 

Mənbə bildirir ki, Peşə Sektoru müdirinin peşə məktəblərinin direktorlarından  aldığı aylığın həcmi 50 min manat civarındadır.   Qeyd edək ki, keçmiş nazir Misir Mərdanovun kadrı olan Namiq Məmmədov neçə ildir ki, təhsil nazirliyindəki kabinetində oturaraq yuxarıda göstərilən maxinasiylar vasitəsi ilə dövlətin milyonlarını mənimsəyir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar