Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranda Xəzər dənizinin hüquqi statusu müzakirə edilir


Bu gün Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçirilir


AzərTAC-ın verdiyi məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iclası açaraq Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrin qarşılıqlı anlaşma şəraitində keçdiyini qeyd edib.

O, tərəflərin müzakirələr zamanı konstruktiv mövqe nümayiş etdirdiklərini, bunun da problemin ədalətli şəkildə həll olunmasına imkan yaratdığını söyləyib.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində aparılan danışıqlar konstruktiv xarakter daşıyır. Dövlət başçılarının Zirvə toplantıları çərçivəsində əldə olunmuş razılaşmalar, qəbul edilmiş qərarlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılması prosesinə öz töhfəsini verib və ümumilikdə Konvensiya layihəsi üzrə işin sürətləndirilməsini təşviq edir. İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri çıxış edərək deyiblər ki, Xəzəryanı dövlətlər bütün məsələləri birgə müzakirə edib razılığa gəlməlidirlər. Çıxışlarda müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

İclasda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edir.

İclas oktyabrın 24-də işini davam etdirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar