Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhlükəli xəstəlik daşıyıcısı olan şəxslərin meyiti yandırılacaq


"Azərbaycanda məzarlıqlarla bağlı yeni qaydalar qanun layihəsi formasında Milli Məclisdə baxılmasına ehtiyac olmadı. Məsələ Nazirlər Kabinetin tərəfindən həll olunub və yaxın zamanlarda qərar layihəsi kimi açıqlanacaq"


Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
 
S. Novruzovun sözlərinə görə, müəyyən detallar aydınlaşandan sonra rəsmi sənəd açıqlanacaq: “Hər şey ölçülüb-biçilməlidir. Burada şəhidlərimizin məzarı var, tanınmış şəxslərin məzarı var. Məsələn, yazıçı, şair və sair. Daha sonra yerlərin ayrılması, məzarlıqların kimin idarəsinə verilməsi məsələsi var. Bələdiyyəyə verəkmi, yoxsa ayrıca qurum yaradaq? Bu məsələlər artıq yekunlaşmaq üzrədir. Yekunlaşan kimi açıqlanacaq. Ən ucuz qiymətə, eyni standartda olan məzarlar olacaq. Məzarlıqlar su hövzəsindən ən azı 300 metr kənarda salınacaq. Səbəb meyitin torpağa qarışdıqdan sonra suya sirayət etməsidir ki, buna yol vermək olmaz. Tibbi qaydalar nəzərə alınacaq. Elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır. Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Ən çox oxunanalar