Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhlükəli viruslara yoluxmamaq üçün nə etmək lazımdır?


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva “Qafqazinfo”ya müsahibə verib.


Virtualaz.org mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir:

- Hepatit qrupuna daxil olan viruslar barədə məlumat verməyinizi istərdik. Bu virusların daşıyıcıları dünyada nə qədərdir?

-  Hazırda dünyada Hepatit B və C ağır xəstəliklərdən hesab olunur. Dünyada iki milyarddan çox insan Hepatit B virusundan əziyyət çəkir. Bunun da 360 milyona yaxını xroniki formaya keçir. 130-150 milyona yaxın insan isə Hepatit C-dən əziyyət çəkir. Hepatit C-nin B-yə nisbətən sayı az olsa da, o daha qorxulu virus hesab edilir. Bu xəstəliklərin hər ikisinin yoluxma yolu parentral yoldur. Həm təbii, həm də süni yolla yoluxma baş verə bilir. Təbii yoluxma ana bətnində uşağa keçir. Əgər ana virus daşıyıcısıdırsa, xəstədirsə, hamiləliyinin üçüncü semestrində bu viruslardan hansısa birinə yoluxubsa, bu zaman uşaqda anadangəlmə yoluxma baş verə bilir. Doğuş zamanı da ən çox bu virusa tutulma ehtimalı olur. Ona görə də bütün dünyada 1988- ci ildən etibarən Hepatit B-yə qarşı rekombinat vaksinlərdən istifadə olunur.  Bu da çox effektiv bir vaksindir. Bədəndə uzunmüddətli immunitet yaradır. Uşaq ilk peyvəndini doğulduqdan ilk 12 saat ərzində alır.

-  Niyə ilk 12 saat ərzində peyvənd almalıdır?

-  Çünki, doğuş zamanı uşağın dərisi zəif olduğundan zədələnir. Bu zaman dölyanı sular, qan, infeksiyalaşmış mayelər uşağın dərisindən orqanizminə keçir. Doğuşdan sonra uşağın Hepatit B-yə yoluxmasına səbəb ola bilər. Bundan əlavə, doğuşdan sonra bütün qadınlar Hepatit B-yə görə müayinə olunur. Əgər anada bu virus aşkar olunursa, belə olan halda uşağa vaksindən əlavə, Hepatit B-yə qarşı immunoqlobolin də vurulur.  İmmunaqlobolin vasitəsilə uşaq hazır anti cisimləri alır.  Vurulan vaksinə qarşı isə bir ay ərzində aktiv immunitet yaranır. Əgər ana bətnində uşaq virusa yoluxmayıbsa, vurulan vaksinlər, immunoqlobinlər bu xəstəliyin tam qarşısını ala bilir.

Uşaq ərazi üzrə poliklinikada qeydiyyata düşdükdən sonra  iki, üç, dörd aylığında da vaksinasiyasını alır. Hazırda 2011- ci ilin iyul ayından Hepatit B-yə qarşı immunizasiya beş komponentli, tərkibində hepatit komponenti olan vaksinlə aparılır.

-  Azərbaycanda hazırda nə qədər Hepatit B və C xəstəsi var?

-  Bilirsiniz ki, bu viruslar 70-80 faiz hallarda xəstələrdə xroniki ağırlaşmaya gətirib çıxarır. İnsan xronikə çevrilir, yəni tam sağalmır. Son illər kəskin formalı hepatitlərin azalması prosesi gedir. Əgər 2013-cü ildə cəmi 477 hepatit hadisəsi qeydə alınmışdırsa, onun 150-si Hepatit A-dır. 2012- cil ildə 242  Hepatit B xəstəsi olubsa, 2013-cü ildə bu rəqəm 194 nəfər olub. Hepatit C-yə yoluxma 2012- ci ildə 181 nəfər idisə, 2013-də isə bu rəqəm 133 nəfər təşkil edib.

-  Ən çox hansı regionlarda bu xəstəliyin daşıyıcıları var?

-   Bu xəstəliyin əsas hissəsi Bakı şəhərində qeydə alınır.  Səbəbi də odur ki, burada regionlara nisbətən xəstəliyin diaqnostikası daha yaxşıdır. Özəl, iri klinikalar burada çoxdur. Xəstələr müraciət edəndə onlara vaxtında diaqnoz qoyulur.

-  Bu virusa ən çox nələrdən yoluxula bilir?

-  İnfeksiya mənbəyi yalnız xəstə insan və ya daşıyıcıdır. Təbii yolla necə yoluxulması barədə yuxarıda məlumat verdim. Süni yolla isə əgər evdə xəstə varsa, məişət şəraitində onunla yaxın təmasda olanlar virusa yoluxa bilər. Eyni əşyalardan məsələn, daraqdan, ülgücdən, dəsmaldan istifadə etdikdə, cinsi yolla da yoluxula bilir. Gözəllik salonlarında tatuaj, manikür, pedikür və digər kosmetik proseduralar zamanı insan yoluxa bilər.

-  İnsanlar bu virusa qarşı necə mübarizə aparmalıdırlar?

-  Əlbəttə ki Sanitar Xidmət tərəfindən ictimai yerlərə nəzarət aparılır. Bundan əlavə, kimsə gözəllik salonuna gedirsə, orada əşyaların dezinfeksiya olunub-olunmadığına baxmalıdır. Belə yerlərdə birdəfəlik ləvazimatlar istifadə olunmalıdır.  İnsan  ləvazimatların necə dezinfeksiya olunmasına  özü nəzarət etməlidir.

-   Xəstəliyin əlamətləri nədir?

-   Hepatit B bir qədər tez aşkar olunur. Yüksək temperaturun olması, halsızlıq, tez yorulma, ürək bulanma qusma, qaraciyər nahiyəsində küt halların aşkar olunması kimi hallarla müşahidə olunur. Belə hallarda insan hökmən həkimə müraciət edir. Həkimin borcudur ki, xəstəni müayinə edib diaqnozu düzgün qoysun. Bir-iki həftə keçəndən sonra sarılıq əlamətləri özünü büruzə verir. Dəri örtükləri sarı rəng alır, gözün selikli qişaları sapsarı olur. Sidiyin rəngi tünd sarı rəngdə olur. Xəstə qeydiyyata alındıqdan sonra onun yaşadığı evdə, işlədiyi yerdə əsaslı dezinfesksiya tədbirləri də aparılmalıdır ki, ətrafda olan viruslar digərlərinin yoluxmasına səbəb olmasın. Bunun ən yaxşı üsullardan biri uşaqlara vaxtında peyvənd edilməsidir. 6 yaşına qədər olan uşaqlara vaksinlər edilir. 20 yaşına qədər uşaqlarda bu viruslara qarşı immunitet  yaranır.

Yuxarı yaşlı adamlara isə peyvənd edilmir. Amma insan  hər hansı şəxs işi ilə əlaqədar  özəl klinikaya müraciət edib istəyi ilə  peyvənd qəbul edə bilər.

Həkimlər risk qrupuna daxildir. Onlar daima bu xəstələrlə təmasda olur. Əməliyyat zamanı əgər bu xəstə daşıyıcıdırsa, onun qanı yoluxmuş qandır. Həkimin özü yoluxmasın deyə Səhiyyə Nazirliyi tərəfindən vaksin sifariş edilib. Cərrahlar, mama ginekoloqlar, laboratoriya işçilərinə  ilin sonuna qədər vaksinasiyanın aparılması nəzərdə tutulub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar