Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təfəkkür Universitetinə köçürülən tələbələrə hədə-qorxu gəlirlər


Təfəkkür Universitetində köçürmə yolu ilə gələn tələbələrə hədə-qorxu gəlinib ki, sadalanan şərtlərlə razılaşmasalar, həm təhsildən kənarda qalacaq, həm də diplom ala bilməyəcəklər.


Tələbə valideynlərinin bildirdiyinə görə, əgər övladları Bakı Asiya Universitetində 2200 manat təhsil haqqı ödəyirdisə, Təfəkkür Universitetində onlardan 2800 manat istənilib.

Bakı Asiya Universiteti bağlandıqdan sonra diqqət mərkəzində olan əsas məsələ həmin təhsil ocağının tələbələrinin hansı ali məktəblərə yerləşdiriləcəklər. Təhsil Nazirliyi açıqlama vermişdi ki, sentyabrın 10-a kimi tələbələr universitetlərə yerləşdiriləcək.

Nazirlik həmin universitetlərin hansılar olduğunu açıqlamasa da, Modern.az-a daxil olan məlumata görə, Bakı Asiya Universitetinin tələbələrinin əksəriyyəti Təfəkkür Universitetinə köçürülüb. Tələblər Təfəkkür Universitetinə gəlsələr də, burada başqa bir problemlə rastlaşıblar. Belə ki, “Təfəkkür”də tələblərə bildirilib ki, Bakı Asiya Universitetində hər il ödədikləri təhsil haqqında çox pul verəcəklər. 

Tələbə valideynlərinin bildirdiyinə görə, əgər övladları Bakı Asiya Universitetində 2200 manat təhsil haqqı ödəyirdisə, Təfəkkür Universitetində onlardan 2800 manat istənilib. Halbuki, keçən il həmin ixtisaslar üzrə Təfəkkür Universitetində təhsil haqqı 2400 manat göstərilib. Valideynlər övldlarının 1-ci kurs tələbələri olmadığını, ikinci və ya üçüncü kursda oxuduqlarını bildiriblər.

Bu da son deyil. Təfəkkür Universitetində köçürmə yolu ilə gələn tələbələrə hədə-qorxu gəlinib ki, sadalanan şərtlərlə razılaşmasalar, həm təhsildən kənarda qalacaq, həm də diplom ala bilməyəcəklər.

Modern.az saytı məsələ ilə bağlı Təfəkkür Universiteti ilə əlaqə saxlayıb. Təhsil ocağından Bakı Asiya Universitetinin tələbələrinin bir qisminin onlara göndərildiyi təsdiqlənib. Amma digər suallarımıza cavab vermək istəməyiblər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən isə bildirilib ki, 2015-2016-cı tədris ili üçün Bakı Asiya Universitetinə tələbə qəbulu üçün qəbul planı ayrılmayıb. 

Qeyd edək ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib. Təhsil Nazirliyi tərəfindən universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar