Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təbrizli müəllimlər Bakıya gəldi


Təbriz Universitetinin bir qrup müəllimi Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ilə görüşüblər


 Təbriz Universitetinin bir qrup müəllimi AMEA-nln akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldular. 

AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, onları İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edib. Təbrizli müəllimlər Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüblər.

Gövhər Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutun tarixindən bəhs edib, institutda iranşünaslıq sahəsində aparılan tədqiqatlar barədə məlumat verib. 

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi rəhbərlik etdiyi Mərkəzin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığından məmnunluğunu bildirərək, bu sahədə gələcək perspektivlərdən danışıb. 

Təbriz Universitetinin müəllimlərindən tanınmış ədib dr. Fərşbafian, iqtisadçı Ağacani, coğrafiyaşünas Nikcuh, Təbriz Universiteti Muzeyinin müdiri, tarixçi Əbdullahi təmsil etdikləri ali məktəbin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildiriblər. Təbriz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini bildirən qonaqlar, Şərqşünaslıq İnstitutu ilə birgə elmi tədbirlərin keçirilməsi, tələbələrə elmi dəstək göstərilməsi, kadr mübadiləsi, kitab nəşri və s. ilə bağlı əməkdaşlıq imkanlarından söz açıblar.

Görüşdə Təbriz Universiteti ilə Şərqşünaslıq İnstitutunun 2014-cü ildə müştərək keçirə biləcəyi bir neçə elmi tədbirin perspektivləri müzakirə olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar