Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təbrizli aktyor Musiqili Teatrın “999-cu gecə”sində

21 və 22 oktyabr tarixlərində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" tamaşası nümayiş olunacaq


Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, səhnə əsərinin budəfəki nümayişlərinin xüsusi özəlliyi Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadla bağlıdır. Beləki, Camal Saqinejad növbəti dəfə məhz bu tamaşada Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsinə çıxacaq. O, tamaşada Şah obrazını canlandıracaq. Buna qədər isə C. Saqinejad Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan "Bəxtəvər" komediyasında tamaşaçıların qarşısına çıxıb. Novruz bayramı günlərində tamaşaçılara təqdim olunan həmin səhnə əsəri yerli izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılanıb. 

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. Səhnə əsərində rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar