Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təbrizin tanınmış aktyoru Musiqili Teatrda – “999-cu gecə”də


Təbrizin tanınmış və sevilən kino və teatr aktyoru Camal Saqinejad Azərbaycan Dövlət Musiqili Teatrının cari repertuarında uğurla oynanılan SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında çıxış edəcək


Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, Camal Saqinejad tamaşada Şah obrazını canlandıracaq. 

Artıq məşqlərə başlayan aktyor ona göstərilən etimaddan məmnun olduğunu və yaradılan şəraitdən razı qaldığını söyləyib. “Bu mənim Azərbaycan teatrında ilk işim olmayacaq. Novruz bayramı günlərində Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasını tamaşaçılara təqdim etdik. “Bəxtəvər” sizin izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılandı. Azərbaycanda teatra, sənətə, ümumilidə mədəniyyətə xüsusi bir diqqət və qayğı var. Sevinirəm ki, əsl sənət ab-havası mövcud olan Musiqili Teatrla yenidən əməkdaşlıq edirəm. Buna görə teatrın rəhbərliyinə, xüsusi ilə də Təbrizdə də kifayət qədər tanınan və sevilən Əliqismət Lalayevə təşəkkürümü bildirmək istəyirəm. İnanıram ki, mənə tapşırılan işin öhdəsindən layiqincə gələcək, özümün də ilk dəfə çox böyük maraqla seyr etdiyim “999-cu gecə” tamaşasındakı Şah rolunu uğurla ifa edəcək, bu obrazı tamaşaçılara sevdirə biləcəyəm”, - deyə Camal Saqinejad bildirib.  

Qeyd edək ki, “999-cu gecə” tamaşası Camal Sadiqinejadın iştirakı ilə sentyabr ayının sonunda - Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümündə təqdim olunacaq.

 Tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmesteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. Rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar