Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teatr direktorundan ağır ittihamlar

Teatr direktorundan ağır ittihamlar: “Neçə ildi, neçə yerdən, neçə min gəlirin gəlir”


Azərbaycanda mədəniyət sahəsində son dövrlər ciddi qalmaqallar baş verir

Bu acınacaqlı duruma nəzər yetirən hər bir kəsə sanki elə gəlir ki, Azərbaycan mədəniyyətində təmsil olunan insanların bəzilərinin bu sahəyə heç də dəxli yoxdu. Təməli şou-biznesdə qoyulan sənətə heç bir dəxli olmayan bazaar tipli qalmaqallar sonradan asanlıqla Azərbaycan mədəniyətinin müqəddəs məkanlarından hesab olunan teatrlara da sıçradı. 

Son illər Azərbaycanın teatr cameəsində heç də teatrlarımıza baş ucalığı gətirməyən kifayət qədər mənfi hadisələr baş verib ki, bunların da əksəriyyəti yerli mediada tirajlanıb. Bunlardan Mingəçevir Dövlət Dram Teatrında və Akademik Milli Dram Teatrında rəhbərliklə aktyorlar arasında baş verən ziddiyətləri qeyd edə bilərik.

AzToday.az-ın əməkdaşının internet üzərində apardığı araşdırmadan və əldə etdiyi bəzi məlumatlardan belə qənaətə gəlmək olur ki, problem yaşayan teatrlardan biri də İrəvan Dövlət Dram Teatrıdır. Qeyd edək ki, hal-hazırda Binəqədi rayonunda müvəqqəti məskunlaşan İrəvan Dövlət Dram Teatrına 16 ildir ki, İftixar Piriyev rəhbərlik edir. Ötən bu 16 il ərzində məharətlə vəzifədə qalmağı bacarmış İftixar Piriyev artıq nazirliyin qəzəbinə tuş gəlib. Əldə etdiyimiz məlumata görə, İftixar Piriyevin bu ayın 25-də şəxsi facebook səhifəsində paylaşdığı şeir Mədəniyyət nazirliyinin tüksək vəzifəlilərini , əsasən də teatrları kurasiya edən nazir müavini Ədalət Vəliyevi əsəbləşdirib. Belə ki, “ŞƏRƏFİNİ VƏ LƏYAQƏTİNİ İTİRMİŞ,”QARDAŞ” CİLDİNƏ GİRMİŞ İBLİSLƏRƏ HƏSR OLUNUR!” başlıqlı şeirdə konkret hədəf və təhqiredici üslubda ciddi ittiham var. “Mən sənə qardaş demişdim,Qardaş yox, sən, oğraşsanmış!” misraları ilə başlayan şeirdə İrəvan Dövlət Dram Teatrının direktoru daha sonra “Sən özünə “xan” deyirsən, Sən demə, sən gədəsənmiş.” yazır. 

Araşdırmalarımız nəticəsində mədəniyyət sahəsinin hansısa “iriçaplı” məmuruna “xan” ləqəbi qoyulmağı halları ilə rastlanmasaq da dövri- mətbuatda gedən yazılara nəzər saldıqda siyasətdə təmsil olunan kifayət qədər ranqlı məmurlara mətbuat tərəfindən “xan” ləqəbi qoyulduğunun şahidi oluruq. Ancaq düşünürük ki, Azərbaycan reallığını kifayət qədər dərk edə bilən teatr direktorunun “ədəbi fantaziyası” bu qədər irəli gedə bilməz. Çox güman ki, İftixar Piriyevin “asıb-kəsdiyi” “xan” elə məhz Mədəniyyət nazirliyinin yüksək vəzifəlilərindən biridir. Etibarlı mənbəmizin bildirdiyinə görə, İftixar Piriyevin yazdığı bu şeirdə “Neçə ildi, neçə yerdən, Neçə min gəlirin gəlir.” misrasına görə, Mədəniyət nazirliyinin koridorlarında “pıçhapıç” gəzir. Zaman-zaman yerli medianın yazdığına görə, nazirliyin müavinlərinin və şair şöbə müdirinin dəyəri milyonlarla ölçülən obyektləri var. Düşünülür ki, İftixar Piriyev də məhz bu cür xeyli sayda obyektləri olan, eyni vaxtda dövlətin 4-5 vəzifəsini tutan mədəniyyət nazirliyinin yüksək vəzifəlilərini nəzərdə tutub. Hər halda İrəvan Dövlət Dram Teatrının Direktorunun yazdığı “poetik əsərində” kimi hədəfə aldığının şahidi olacağıq. Bu məsələdə araşdırmalarımız davam edir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyev (Bəhmənli) “Hamıya yaxşılıq” adlı şeir yazmışdı. Yazdığı şeirdə nazir Əbülfəs Qarayevi tərifləyən şöbə müdirinə töhmət verilərək vəzifəsindən azad edildi.
Yazdığı “şeir”lə bağlı İftixar Piriyevin münasibətini öyrəndik. Teatr direktoru AzToday.az-a açıqlamasında yazdığı şeirdə ittiham hədəfinin Mədəniyyət və Türizm Nazirliyinin rəhbərliyi olmadığını deməklə yanaşı, tənqidin kimə ünvanladığının şeirdə göstərdiyini bildirdi.

Həmin şeiri olduğu kimi təqdim edirik:

Mən sənə qardaş demişdim,
Sən demə, qara daşsanmış!
Əməllərin göstərdi ki,
Qardaş yox, sən, oğraşsanmış!
Adamlığı bitiribsən,
Şərəfini itiribsən,
Alçaq, murdar ləqəbini
Sən, üstünə götürübsən!
Burnun kolun dibindədi,
Quyruğundan xəbərin yox.
Kolun dibindən çıxmağa,
Hünərin yox, təpərin yox.
İt tək hürüb, qorxudursan,
Ancaq quyruğun titrəyir.
Yanında “pıxk” eləsələr,
Hər yerin “pırt-pırt” eləyir.
Hər kəs üzünə gülsə də,
Arxanca, “lənət!” – deyirlər.
Yeddi arxa dönənini,
Yeddi qatını söyürlər.
Sən özünə “xan” deyirsən,
Sən demə, sən gədəsənmiş.
Hər qəpiyə boyun əyən,
Ovuc içi güdənsənmiş.
Adında haqqın adı var,
Sənin haqqdan xəbərin yox.
Allahın adamlarına,
Yaxşılıqdan, pisliyin çox.
Zəli kimi qan sorursan,
Burnun girən hər deşikdən.
Sanırsan ki, kimsə görmür –
Xəbərin yoxdu, eşikdən.
Neçə ildi asılıbsan
Yaxamızdan, sağ-solunla.
Yazıqdı bu incəsənət,
Rədd ol, çıx get, öz yolunla.
Neçə ildi, neçə yerdən,
Neçə min gəlirin gəlir.
Bəs deyilmi, acgöz hərif?
Dövlətin ərşə yüksəlir?!
Min cür libas dəyişirsən,
Var-dövlətdən, puldan yana.
Axirət var, cəhənnəm var –
Aç gözünü sən, ay dana.
Nəfəsin yalanla gəlir,
Yalanla gedir nəfəsin.
Bir gün bu yalan üstündə
Batacaqdı sənin səsin.
Cəmiyyətdə hörmətin yox,
Hamı sənə nifrət edir.
Kişilər arxa çevirib,
Gör dalınca kimlər gedir.
Qapındakı avçarkanla,
Sənin bir fərqin qalmaylb.
Avçarka səndən yaxşıdı,
Özünü gözdən salmayıb.
İki üzlü insanların,
Cəhənnəmdə yeri vardır.
Bəs dörd üzlü insanların,
Yeri harda bərqərardır?!
Şərəf, ləyaqət deyilən,
O sərvəti itiribsən.
Ləyaqətsiz damğasını,
Öz üstünə götürübsən.
Heç kimsədən imdad umma,
Bütün körpülər yanıbdı.
Çaylar daşıb, sellər coşub,
Bütün sular bulanıbdı.
Tülkü kimi qorxaqsan, sən .
Bir “xox”a hürkərsən, həmən.
Kişisənsə, çıx meydana,
Bu meydan, bu sən, bu da, mən.
Yoxdu sənin kişiliyin!
İt nəcisi, pis qoxusan!
Sən başqa zümrədənsənmiş,
Mənim üçün daha yoxsan.
Allah sənə, qənim olsun!
Qənim olsun, Allah sənə!
İt əlindən əppək alsın –
Möhtac ol, sən, hər ötənə!



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar