Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidə azərbaycanlı şairin kitabı təqdim olunub


Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri, “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, şair-publisist Rafiq Hümmətin “Rüzgara oxunan söz” şeirlər kitabının təqdimatı olub


Kitabda şairin Vətənə, anaya, torpağa, sevgiyə həsr olunmuş 400-ə yaxın şeiri toplanıb.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva Rafiq Hümmətin yaradıcılığından, gənclərə qayğısından söz açıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev şairin yaradıcılığında Vətənə sevginin əsas yer tutduğunu vurğulayıb, onun rəhbərlik etdiyi “Varlıq” Mədəniyyət Mərkəzinin Gürcüstanda Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Sonra jurnalist-təhqiqatçı Mirzə Maşov və başqaları çıxış edərək Rafiq Hümmətin yaradıcılığının ayrı-ayrı aspektlərindən söz açıblar.

Çıxış edənlər şairin gənclərə qayğısını, onların vətənpərvərlik hissinin artmasında, ədəbiyyata, şeirə, mədəniyyətə marağının artmasındakı xidmətlərini yüksək qiymətləndiriblər.

Mərasimdə R.Hümmətin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib. (azertag.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar