Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidə Həsən bəy Zərdabi haqqında romanın təqdimatı olacaq


Əsərin müəllifi yazıçı Sona Vəliyevadır


Tbilisidə filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş “İşığa gedən yol” romanının təqdimatı olacaq.

Bu barədə “Report”un Gürcüstan bürosuna müsahibəsində tədbirin təşkilatçısı Jurnalist Qadınlar Assosiasiyasının (JQA) sədri Sevil Yusifova məlumat verib.

“Müxtəlif mənbələrdə Həsən bəy Zərdabi haqqında məqalələrə rast gəlmişik, ancaq onun haqqında belə ətraflı, onun ömrünü tam əks etdirən əsərə rast gəlməmişik. Milli mətbuatımızın banisinin ömür yolu kitabda çox geniş şəkildə təsvir olunub”, deyə S.Yusifova bildirib.
O deyib ki, Sona Vəliyeva tarixi şəxsiyyətimiz barədə çox gözəl bir əsər ortaya qoyub. 
Kitabda Zərdabinin ömür yolu ilə yanaşı, Azərbaycanın həmin dövrdəki tarixi də bədii şəkildə çox peşəkarlıqla əks olunur. Kitabın dili çox sadə və rəvandır, oxucular rahatlıqla hadisələri başa düşürlər. Bu kitab tələbələrimiz, tarixçilərimiz üçün də gözəl bir mənbədir.

“Kitabın Gürcüstanda təqdimatının keçirilməsində məqsəd buradakı soydaşlarımıza da Həsən bəy Zərdabi haqqında ətraflı məlumat verməkdir. Kitabın gürcü dilinə tərcümə olunması da nəzərdə tutulub” – deyə, Yusifova vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar