Tatarıstanın Zainsk şəhərində yaşayış binasında qaz balonu partlayıb
PİA.AZ APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayış mənzillərdən birində təmir işləri aparılan zamanı baş verib. Faktla bağlı araşdırma aparılır.
pia.az