Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixin acı təcrübəsi: Sanksiyalar müharibənin uvertürasıdır


Zolotoy

politikus.ru, 12.08.2017


Dünyada sürətlə dəyişən duruma baxmayaraq, Birləşmiş Ştatlar heç cür barışa bilmir ki, dünyanın istənilən problemini öz mülahizəsilə həll edə bildiyi dövrlər keçmişdə qalır. Görünür, ağızdan vurmaq, yerində oturtmaq, barmaq silkələmək artıq onun qanına işləyib. Vaşinqton hansısa bir anda kəsdirib ki, özünü ləyaqətsiz aparan, yəni müstəqillik arzulayan ölkələr üçün ən təsirli cəza sanksiyalardır. Və necə deyərlər, “bütün bürokratik aparat ayağa qalxıb”.

İqtisadi sanksiyalar sanki o qədər də dəhşətli cəza deyil. Əlbəttə, yaxşı heç nə yoxdur, lakin buna baxmayaraq əksər ölkələr tamamilə ala-babat dolanıb. Ancaq bir qədər tarixdə qurdalansaq, görürük ki, adətən, məsələ sanksiyalarla bitmir. Təhlil pis nəticəyə gətirib çıxardır: sanksiyalar – müharibənin müqəddiməsidir. Dəlilsiz görünməmək üçün bir neçə misal gətirək. Bu, heç də bu gün başlanmayıb: Yaponiyanın hamıya məlum Perl-Harbora hücumu ABŞ və Yaponiya ticarət münasibətlərinin kəsilməsi və ardınca Doğan Günəş ölkəsi iqtisadiyyatının məhv edilməyindən törəyib.

Amerika qoşunlarının 1990-cı ildə İraqa soxulması da tam şəkildə yalnız 20 ildən sonra götürülmüş və milyonlarla insanın həlakına səbəb olmuş sanksiyalardan sonra baş verib.

Vaşinqtonun Liviyaya qarşı tətbiq etdiyi sanksiyaların da nə ilə nəticələndiyini heç kimə xatırlatmaq lazım deyil: dövlətin legitim başçısı edam olunub, ölkə isə hərc-mərcliyə batıb.

Şübhəsiz, Rusiya müdaxiləsi olmasaydı, devrilmək aqibəti Suriya prezidenti Bəşər Əsədi də gözləyirdi. Düzdür, bu, ölkəni müharibədən xilas etməyib. Deməyinə dəyərmi ki, Suriyada da hər şey sanksiyalardan sonra başlanıb?

Artıq uzun illər sanksiya rejimində yaşayan İran hələlik duruş gətirir. Lakin hər şeyin orada da vərdiş olunmuş ssenari ilə inkişaf edəcəyinə zəmanət yoxdur. Amerika administrasiyasının fəaliyyəti İranı Əhatəli Ümumi Birgə Fəaliyyət Planını pozmağa vadar edə bilər, bu isə ABŞ-ın növbəti ölkəyə qarşı hərbi əməliyyatlara başlaması üçün yetərli bəhanə olacaq.

Artıq uzun illər sanksiyalar altında yaşayan KXDR-in də durumu bundan az ciddi deyil və ola bilsin, ABŞ-ın növbəti fitnəsinə hərbi zərbə ilə cavab verməyə yaxındır.

Sual doğur: bu, Birləşmiş Ştatların nəyinə lazımdır? Qəfil nəticələrə səbəb ola biləcək siyasət yürütmək nəyə lazımdır? Axı sanki artıq aydın olmalıdır ki, bu cür davranışın minusları plyuslarından çoxdur.

Birincisi, Amerika istisnasız olaraq öz maraqları ilə hərəkət etməklə müttəfiqlərini özündən getdikcə daha çox uzaqlaşdırır. Bunun sübutu AB rəhbərliyinin son zamanlar səslənmiş ifadələri, həmçinin Avropa ölkələri liderlərinin Rusiyaya qarşı sanksiyalara mənfi münasibəti ola bilər.

İkincisi, bu, əleyhinə sanksiyalar tətbiq edilən ölkələri ittifaq qurmağa itələyir. Örnək – bu yaxınlarda iki mliyard yarım dollar məbləğində saziş bağlamış Rusiyaİran.

Yeganə mümkün cavab: ABŞ başa düşür ki, hegemoniyasının sonu çatır, lıakin artıq heç nəyi dəyişmək iqtidarında deyil. “Bəlkə də, bəxtim gətirdi” ümidilə hadisələri sürətləndirir. Lakin bu, əsla, müdrik qərar kimi görünmür.(Tərcümə Strateq.az)
 
 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar