Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarix İnstitutunda yeni şöbə yaradılıb


“Tarix İnstitutunun son nəşrlərinin pdf versiyası kütləvi istifadə üçün portalımızda yerləşdirilməlidir”


PİA.AZ bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Elmi Şuranın son iclasında deyib.

Elmi Şuranın iclasında Tarix İnstitutunun direktoru noyabrın 10-11-də Mədəniyyət və Turizm Nazirliyiİslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda keçiriləcək elmi konfrans haqqında şura üzvlərinə ətraflı məlumat verib. İclasda tarixçi-alimlərin edəcəyi məruzələr ətrafında müzakirələr aparılıb və konfransda ediləcək məruzələrin mövzuları konkretləşdirilib.
İclasda institutda Beynəlxalq əlaqələr şöbəsinin yaradılması, institutun rəsmi “tarix.gov.az” portalının yenilənməsi, institutda Vikipediya işinin nizama salınması haqqında qərar verilib.

Y.Mahmudov bildirib ki, institutun portalı AMEA-nın institutları arasında ilk və əhatəli saytdır, amma portalda yenilənmələr aparılmalıdır, bununla bağlı o, tapşırıqlarını verib.

Elmi Şuranın qərarı ilə yeni yaradılan Beynəlxalq əlaqələr şöbəsinə müdir institutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi Nərgiz Axundova təyin olunub.

İnstitutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin elmi işçisi Lamiyə Qafarzadəyə isə vikipediyada Azərbaycan tarixi ilə bağlı materialların izlənilməsi, tariximizə və tarixi şəxsiyyətlərimizə qarşı təxribatlara operativ cavab yazılması işi həvalə olunub.

Elmi Şuranın iclasından sonra Tarix İnstitutunun II Azərbaycan Elm Festivalında iştirakı üzrə təşkilat komitəsinin geniş iclası keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar