Xəbər xətti

22 FEVRAL

20:46 Artur Rasi-zadə hökuməti topladı

20:30 Rusiya Marsa “parovoz”la insan göndərməyi düşünür

20:23 Rusiya bürünc medaldan məhrum edildi

20:10 Son 2 ayda Ermənistan ordusunun 9 hərbçisi Qarabağda ölüb

20:02 Sərdar Calaloğlunun sənədləri MSK-ya təqdim edildi

19:51 Azərbaycanda narkomanların sayı açıqlandı

19:42 DİM-dən müsahibəyə gəlməyənlərə xəbərdarlıq

19:30 “Qarabağ” ilk “onluq”da

19:23 MTN generallarına ağır cəza istənildi

19:16 Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılacaq

19:10 Nəsimi və Yasamala içməli suyun verilməsində məhdudiyyət olacaq

18:58 “Nar” “İlin mobil operatoru” mükafatına layiq görülüb

18:50 Türkiyə ordusu daha iki kəndi PYD-dən təmizlədi

18:45 Seçkiqabağı təşviqat üçün KİV-də ödənişsiz efir vaxtı və yer ayrılacaq

18:40 İmişlidə yulğun kollarını kəsən cəzalandırıldı

18:33 Böyükağa Hacıyevin vəziyyəti ağırlaşdı

18:28 Fəxri adlara görə aylıq təqaüd artırılıb

18:23 Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib

18:18 Dövlət hesabına göstərilən xidmət üçün vəkillərə ödəniş 3 dəfə artırılacaq

18:12 Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb

17:55 “Google”dan yenilik

17:49 “Moody“s” Azərbaycan manatının məzənnəsi və inflyasiya haqda

17:43 Meneceri öldürən sürücüyə hökm oxundu

17:38 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza

17:33 İnstaqramda dəyişiklik edildi

17:28 Petek Dinçöz Bakıda biznes qurur

17:24 Sarkisyan Livan prezidentinə Qarabağdan danışdı

17:22 Suriyada 30 günlük atəşkəs qətnaməsi gəlir - Türkiyənin Afrinə hücumu əngəllənir?

17:17 “Britaniya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”

17:17 ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi istefa verdi

17:12 Türk ordusu 3 kəndi azad etdi

17:09 Azərbaycanda 20 mindən çox alkoqolik var

17:06 “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirildi

16:57 Əhmədinejad İranın ali rəhbərinə məktub yazdı

16:51 Çavuşoğlu: “Terrorçuların Afrində cəmləşməsinə imkan verməyəcəyik”

16:49 “Taliban” Əfqanıstanda buraxılış məntəqəsinə hücum etdi

16:44 Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

16:40 Azərbaycanlı biznesmen öldürüldü

16:35 DİN-in polkovniki azadlığa buraxıldı

16:29 Amerikalı xadim: “Selfi çəkmək günahdır!”

16:23 Metropolitendə harada siqaret çəkmək olar?

16:16 Birinci vitse-prezidentin təyinatından bir il ötdü – Yeni kontitusion institut gözləntiləri doğrultdumu?

16:12 Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarılıb

16:08 Əhmədzadənin oğlu 30 hektar ərazini necə ələ keçirib?

16:07 “20 milyard büdcə ilə yaşayırlar, daha nə istəyirlər?!”

16:03 “Bakı Kollektor Şirkəti məndən nə istəyir?”

15:57 Biləsuvarda yol qəzası: 2 yaralı

15:52 Offşorlar və milyardlar: deputatlar hökuməti bütün sirləri açmağa çağırır

15:52 Offşorlar və milyardlar: deputatlar hökuməti bütün sirləri açmağa çağırır

15:47 Yunanıstanda türkləri öldürməyə çağırdılar

15:44 Azay Quliyevdən erməni deputata sərt cavab

15:38 Tanınmış sənətçinin konserti olacaq

15:34 Dünyanın ən ölümcül sərhədinin adı açıqlanıb

15:20 Bakıda müəllim şagirdinin açıq-saçıq görüntülərini yaydı

15:16 Təhsil Nazirliyi tələbə köçürülməsinin nəticələrini açıqladı

15:11 Türkiyədə tank əleyhinə sistem hazırlanıb

15:07 Merkel: “Bunu sona çatdırmalıyıq!”

15:02 Prezidentliyə 2 namizəd həbs edildi

14:56 Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var?

14:51 UEFA Avropa Komissiyası ilə anlaşdı

14:47 “Rəsmi Moskva Qarabağ probleminə təsir edəcək başlıca güc olaraq qalır”

14:42 “Twitter” “bot”larla mübarizəyə başladı

14:38 Azercell Plus Musiqi xidməti ilə hər gün milyonlarla mahnılar smartfonunuzda

14:35 “Neftçi” klubunda yeni təyinat

14:31 Astana AB-ni Orta Asiyaya çağırdı

14:27 Sərnişin və yük daşıyanların nəzərinə

14:22 Azərbaycanda “plastik düyü” satılır?

14:19 XİN beynəlxalq təşkilatları Bakıya dəvət etdi

14:15 Səudiyyəli jurnalist: “Məscidlər dağıdılsın”

14:11 Ağ Ev Moskvanı 100 nəfərin ölümündə ittiham etdi

14:08 Əli Nağıyev: “Heç kim İlham Əliyevdən artıq iş görməyəcək”

14:04 Nemtsovun qatilinin cəzası ağırlaşdırıldı

14:00 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:55 “Dilənçilər emosional manipulyasiyadan istifadə edirlər” - Psixoloq

13:51 Azərbaycan-Misir iqtisadi əlaqələri genişlənir

13:47 Zakir Həsənov Belarusa səfərə gedib

13:42 Politoloq: “ATƏT-in fəaliyyətinin dondurulması tələb olunmalıdır”

13:39 Azərbaycanda 100 yaşlı sakini olmayan rayon və şəhərlər - Siyahı

13:36 Sabahın hava proqnozu

13:32 Suriya üzrə məxfi plan hazırlanır

13:28 “Xanımım “hə” desə, arxama dönmədən gedərəm”

13:21 İran azərbaycanlı naziri Bakıya niyə göndərdi?

13:16 “Neftlə zəngin Azərbaycanda hökumət daha çox iş görməlidir”

13:12 Afrin əməliyyatı: “Bu günə qədər 1829 terrorçu məhv edilib”

13:09 Rəsmi Moskvadan YPG-ni məyus edən bəyanat

13:05 ABŞ son 10 ildə dünya banklarını 243 mlrd. dollar cərimələyib

13:01 Millət vəkili: “Onlar tarix qarşısında cavab verəcək”

12:56 Azərbaycanda bu yol pullu olacaq

12:52 Günün matçlarını yayımlayacaq kanallar - Siyahı

12:49 “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə beynəlxalq tribunalda baxılmalıdır”

12:44 “Sovetski”də 40 hektar ərazi boşaldılıb

12:40 “Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər”

12:36 Suriyalı çempion kəmərini Ərdoğana bağışladı

12:33 Abşeron sakini intihar edib

12:27 Bakıda məktəbli qızın meyiti tapıldı

12:23 Gəncə yol polisinin rəisi işdən çıxarıldı

12:19 Tanınmış müğənninin 10 il həbsi istənilir

12:15 SOS: Bu uşaqlar oğurluq edir

12:11 “Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı

12:08 Bakıda yol qəzası: 2 ölü

12:04 Kıvanç Bakıya gəlməkdən imtina etdi

12:00 Deputatdan Qarabağ çağırışı

11:56 Bakıda I sinfə qəbul başlayıb

11:53 Magistraturaya qəbul imtahanı keçiriləcək

11:48 Sizin hekayənin sonu nədir?

11:45 Türkiyədə partlayış baş verib

11:42 Yanvarda Naxçıvana 17 mindən çox turist gəlib

11:38 İlham Əliyev Fəttah Heydərova “İstiqlal” ordeni verdi

11:33 İranı nə gözləyir: Təğyiri-libas olan dərvişlər və... – Şərh

11:29 Avroliqada 1/8 finalçılar müəyyənləşir

11:25 Hökməli sakini özünü öldürüb

11:21 Bu sözlərə görə Türkiyədə bizə gülürlər - Siyahı

11:17 Xaricdən gətirilən düyünün tərkibi şok etdi - Video

11:12 3D çap texnologiyası ilə ilk villalar inşa ediləcək

11:09 Paulo Koelyodan bunu oxumamısız - Esse

11:06 Türk ordusuna əmr verildi: “Dərhal vurulsun!”

11:03 “SSRİ Baş Prokurorluğu cinayət işinin istintaqını obyektiv aparmayıb”

10:59 O dövrdə yaşasaydı, Vurğun kimi o da Rəsulzadəni...

10:55 Azərbaycan ordusu kiberhücumların qarşısını ala biləcək durumdadır?

10:52 Bu gün üç MTN generalının taleyi həll olunur



CƏMİYYƏT

...

Tarix İnstitutu “Böyük Ermənistan” xəritəsi qalmaqalı barədə

Tarix 12.10.17, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib


İnstitutdan verilən məlumata görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir: “Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir. Həqiqətən də saxta “Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-lərində və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırmışdır. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan “Ancient.eu” adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib. Qeyd etmək lazımdır ki, göstərilən xəritə X sinif “Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılmışdır. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcilidlik “Roma tarixi”nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməmişdir. Bütün analoji xəritələrin hamısında uydurma “Böyük Ermənistan”ın şimal sərhədləri Arazın cənubundan keçir və Xəzər dənizinə çatmır. Həmin xəritələrdə Azərbaycan dövlətləri olan Albaniya və Atropatena ilə yanaşı, İberiya və Kolxida da göstərilir. Lakin X sinif şagirdlərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək Albaniya, Atropatena, İberiya və Kolxidanın adları çıxarılmış, ancaq “Armeniya” adı saxlanılmışdır. Beləliklə, Azərbaycan məktəblilərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək, “Armeniya” ərazisi Abşeron yarımadasının cənubundan başlayaraq Xəzər dənizinə birləşdirilir. Uydurma “Böyük Ermənistan” tarixinə həsr olunmuş xəritələrin heç birində “Armeniya”nın ərazisi Xəzərə çatmır. Digər tərəfdən, T.Mommzenin nəşr olunmuş xəritəsində və “Böyük Ermənistan” ərazisi göstərilən digər xəritələrdə də Albaniya, Atropatena, Kolxida, İberiya adları göstərildiyi halda X sinfin “Ümumi tarix” dərsliyində verilmiş xəritədən bütün bu adlar çıxarılıb. Ciddi narahatlıq doğuran hal budur ki, bu saxtalaşdırılmış xəritə “Ümumi tarix“ dərsliyinin rus dilində olan versiyasına daxil edilib. Beləliklə, saxtakarlığın rusdilli oxuculara çatdırılması imkanı yaradılıb. Bununla yanaşı qeyd edək ki, eyni xəritə saxta “Böyük Ermənistan”ın bütün sərhərdləri ilə “Ümumi tarix” dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilib. Burada çatmayan ancaq “Armeniya” sözüdür. Hər iki halda dərsliyin həm rus, həm də Azərbaycan versiyalarındakı xəritələr Azərbaycanın tarixi keçmişinə vurulan ağır zərbədir”.

Tarix İnstitutunun Elmi Şurası bəyan edib ki, heç bir tarixi dövrdə Azərbaycanın Albaniya və Atropatena dövlətləri Roma imperiyasına qatılmamış və müstəqilliyini saxlamışlar: “Hələ bu bir yana qalsın, Roma qoşunları eradan əvvəl 66-cı ildə düzgün olmayaraq erməni çarı kimi təqdim edilən Parfiya sərkərdəsi II Tiqranın qoşunlarını darmadağın edərək, erməni çarlığını aradan qaldırdıqdan sonra da, Atropatena və Albaniya müstəqil dövlətlər olaraq yaşayıb. Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ölkə başçısının təşəbbüsü və tapşırığına əsasən son illərdə aparılmış tədqiqatlar (“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “Real tarix və “Böyük Ermənistan” uydurması” və Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımlarına həsr olunmuş çoxsaylı əsərlər) nəticəsində sübut edilib ki, 1918-ci il mayın 29-da İrəvan və ətrafı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilənə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Ermənilərin Cənubi Qafqaza kütləvi surətdə köçürülməsi Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən həyata keçirilib. Bizim bu tədqiqatlarımızdan sonra artıq işğalçı Ermənistanda, hətta bəzi KİV-lərdə də guya “ermənilərin Cənubi Qafqazın aborigen əhalisi olması”nın təbliğ olunmasına əvvəlki kimi meyl göstərilmir. Bu, Azərbaycan prezidentinin və Azərbaycan tarix elminin çox böyük uğurudur. Bu baxımdan X siniflər üçün “Ümumi tarix” dərsliyinə daxil edilən xəritələr düşmənə qarşı informasiya müharibəsində Azərbaycan tarix elminə arxadan vurulan ağır zərbədir. Təəssüf doğuran həm də budur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə “Azərbaycan tarixi atlası” və “Azərbaycan Milli Atlası” nəşr olunduğu halda bu cür zərərli addım atılıb. Tarix İnstitutunun Elmi Şurası yuxarıda göstərilənlərlə yanaşı onu da bəyan edir ki, orta məktəblər üçün dərsliklər hazırlanmasının qüvvədə olan mexanizmi dəyişdirilməli və bu sahədə əsaslı islahatlar aparılmalıdır. Qüvvədə olan mexanizmə əsasən, bir qayda olaraq, tenderdə aparıcı qüvvə kimi nəşriyyatlar iştirak edirlər. Nəşriyyatlar isə öz ətrafına “münasib bildiyi” adamları toplayaraq dərslik layihələri hazırlayırlar. Beləliklə, tenderdə mübarizə nəşriyyatlar arasında gedir. Və təəssüf ki, bu mübarizə dərsliklərin elmi məzmunu, milli dəyərlərin qorunması və Azərbaycançılıq məfkurəsi naminə deyil, dərsliklərin nəşrinə sərf edilən dövlət vəsaitinə hansı nəşriyyatın sahib çıxması uğrunda gedir. Bu mübarizədə dərsliklərin elmi məzmunu deyil, “daha güclü nəşriyyat” və onun arxasında duran qüvvələr qalib gəlir. Əslində isə dərsliklər, o cümlədən tarix dərslikləri bu sahədə səriştəsi olan görkəmli alimlərin qələmindən çıxmalıdır. Dərsliklərin metodiki işlənməsi və şagirdlərin yaş səviyyəsinə uyğun olması kimi prinsiplər isə ən təcrübəli metodistlərə etibar olunmalıdır. İndiki mərhələdə isə nəşriyyatlar onlar üçün münasib olan müəllifləri, başlıca olaraq orta məktəb müəllimlərini cəlb edirlər. Bu zərərli sistem davam etdikcə gələcəkdə də bu cür səhvlərə yol verilməsi qaçılmazdır”

Şuranın bəyanatında o da qeyd edilir ki, dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta kütləvi informasiya vasitələrində dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir: “Təhsil sahəsində ali icra orqanı olan Təhsil Nazirliyi bu sahəni tamamilə öz əlinə almalı, dərslik müəlliflərini məhz nazirlik müəyyənləşdirməli, nazirlik birbaşa özü sifariş etməlidir. Bütün mərhələlərdə ekspertizadan keçirilməsinə nazirlik rəhbərlik etməlidir. Hazır olan dərslikləri məhz Təhsil Nazirliyi texniki imkanlarını nəzərə alaraq nəşriyyatlara özü sifariş verməlidir. Dərsliyin yazılmasında elmin təhsillə inteqrasiyası təmin olunmalı və elmdə əldə olunan bütün yeniliklər dərslik müəllifləri olan alimlər tərəfindən şagirdlərə çatdırılmalıdır. Metodika məsələləri isə təcrübəli metodistlər tərəfindən yerinə yetirilməlidir. İnstitut əmindir ki, əgər bütün dərsliklər, o cümlədən tarix dərslikləri Akademiyanın elmi-tədqiqat institutlarında, o cümlədən Tarix İnstitutunda ekspertizadan keçərsə, belə nöqsanlara yol verilməz. Təcrübəsiz və səriştəsi olmayan ekspertlər bu işdən kənarlaşdırılmalıdır. Təəssüf ki, bəzən belə “ekspertlərin” köməyi ilə elmi-tədqiqat institutlarını bu işdən təcrid etməyə cəhd göstərilir. Yeri gəlmişkən, haqqında bəhs olunan X sinif dərsliklərinin eks-pertizası zamanı tanınmış tarixçi alimlər tərəfindən hazırlanmış “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələrinin ekspertizadan keçməməsi üçün müxtəlif strukturlara təzyiq göstərilməsi hallarına yol verilib. Təəccüb doğuran odur ki, X siniflər üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik layihələrinin Azərbaycan versiyaları tenderdə qalib elan olunduqdan sonra Tarix İnstitutunun əməkdaşları tərəfindən 28 səhifəlik irad və təkliflər Təhsil Nazirliyinə göndərilsə də, onların əksəriyyəti nəzərə alınmadan dərslik çap edilmişdir. Həmin dərsliklərin rus dilində olan versiyaları isə ictimai müzakirəyə çıxarılmadan çap olunub.

İnstitutun Elmi Şurası bu və buna bənzər faktlara yol verilməsindən ciddi narahat olduğunu da bəyan edir. Belə ki, düşmənə qarşı informasiya müharibəsində qazanılmış bütün uğurlarımıza rəğmən məhz vaxtilə “26 Bakı” cəlladlarının adını da-şıyan Sahil bağında “26-lar” kafesinin fəaliyyət göstərməsi, 26-ların ümumşəhər qəbiristanlığındakı qəbirlərinin ziyarət olunması və “gül-çiçək” qoyulması, X sinif dərsliyində yol verilmiş bu rüsvayçı fakt və buna bənzər digər faktlar Azərbaycan dövlətinə qarşı ölkə daxilində sistemli surətdə təxribatlar aparılmasının bariz əlamətləridir. Tarix İnstitutunun Elmi Şurası müzakirə olunan məsələ ilə bağlı yekdilliklə aşağıdakı qərarları qəbul edib: Uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritə ilə əlaqədar məsələ və buna bənzər faktlar dərindən araşdırılmalı və qəti tədbir görülməlidir; X sinfin “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslikləri əsaslı şəkildə yenidən ekspertizadan keçirilməli və şagirdlərə yaxın müddətdə yeni dərsliklər təqdim olunmalıdır; Dərsliklərin hazırlanması sistemi və mexanizmi tamamilə dəyişdirilməlidir; Dərsliklər hazırlanarkən ətraflı və dərindən yoxlanılmadan internet resurslarından istifadə olunmamalıdır. İşğalçı ölkənin internet resurslarından istifadə isə yolverilməzdir. Dərsliklərin Azərbaycançılıq məfkurəsi əsasında yüksək səviyyədə hazırlanması kimi mühüm dövlət işi Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş mütəxəssislər olan peşəkar alimlərə və zəngin təcrübəsi olan metodistlərə həvalə olunmalıdır; AMEA və Təhsil Nazirliyi arasındakı müqaviləyə uyğun olaraq çapa hazır-lanmış dərsliklər, o cümlədən tarix dərslikləri AMEA-nın elmi-tədqiqat institut-larında elmi ekspertizadan keçirildikdən sonra nəşr olunmalıdır”.



pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Azay Quliyevdən erməni deputata sərt cavab

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Azərbaycanda qarşısı alınmaz tendensiya - Xaricə beyin axını

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru