Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarantinonun Moskvaya sirli səfəri – O, kimin qəbrini ziyarət etdi?


Bu gün dünya şöhrətli rejissor Kventin Tarantinonun doğum günüdür


Kventin Tarantino. Məşhur Hollivud rejissoru. Sən demə, o, uşaqlıqdan rus ədəbiyyatının vurğunuymuş və elə uşaq vaxtından Pasternakın şeirlərini əzbərə bilirmiş. Hətta bu sevgi o qədər böyükmüş ki, aramsız yağışa baxmayaraq, Tarantino şairin qəbrini ziyarət etmək üçün Peredelkinoya gəlib.

Bütün bunların yalnız bir xəyal olduğunu da düşünə bilərik. Ancaq həqiqətən də günlərin birində Tarantino Peredelkinoda peyda olur. 2004-cü ildə. Onda 24-cü Moskva kinofestivalı keçirilirdi. Lakin böyük rejissorun Moskvaya gəlişinin festivala heç bir aidiyyatı yoxmuş...

Təyyarədən düşən kimi “Kriminal qiraət”in müəllifi Pasternakın qəbrinə getmək istədiyini deyib.

- Pasternak onun üçün çox vacibdi, necə ki, bizim üçün Puşkin elədir. – Rejissoru Peredelkinoda müşayiət edən fotoqraf Serqey Bermenyev deyir. – Məni əmin elədi ki, orda Pasternakla arasında mənəvi əlaqə qurulacaq.

Tarantino Pasternakın qəbrinə gedərkən televiziyanın onu çəkməsinə razılıq verib, ancaq Peredelkinodan içəri keçəndə müxbirlə operatorun yaxınlaşmasını istəməyib. Çəkiliş isə uzaqdan baş tutub.

- Mən düşünmüşdüm ki, Tarantino qəbrin yanında 3-4 dəqiqə dayanacaq, uzaq başı 10 dəqiqə. Amma o, nə az, nə çox, düz yarım saat orda dayandı. – Fotoqraf Serqey Bermenyev danışır. – Hətta əynimdəki gödəkcəni çıxarıb çiyninə qoydum ki, ona soyuq dəyməsin. Bir neçə kadr çəkəndən sonra əl saxladım, daha çəkmədim. Tarantino elə bil meditasiya edirdi, haralarasa uzaqlara “uçmuşdu”. Mən təklif etdim ki, gül alıb qəbirə qoyaq, lakin Tarantino bunu formallıq hesab etdi və böyük şairlə əlaqəsinə zədə dəyəcəyini dedi. Onun üçün mənəvi əlaqə vacibdi.

Üzündən kədər yağan və ciddi görünüşünü qoruyan Tarantino qəbrin yanında durub, bir xeyli gözləyib, hardasa yarım saat... Fotoqraf da onun fotosunu çəkib.

Tarantino qəbirdən qayıdanda ondan jurnalistlər soruşur:

- Axı nəyə görə Pasternak?

Əvvəlcə rejissor formal cavab verir:

- Niyə də yox?!

Sonra isə əlavə edir:

- Şəxsiyyət... Başa düşürsünüz, o şəxsiyyətdi... Mən onun harda dəfn olunduğundan xəbərsizdim. Çox istəyirdim ki, onun dəfn olunduğu yeri görüm. Bu mənim üçün çox vacib idi. Məhz bu səbəbdən bura gəlmişəm. 

Peredelkinodan çıxanda Tarantino fotoqrafdan soruşub:

- “Maqdonalds” hardadır?

- Orda zərərli yeməklərdir. – fotoqraf deyib.

Rejissor izah edib ki, ona tualet lazımdı. Daha sonra isə Tarantino orda burger və qızardılmış kartof sifariş verib. “Maqdonalds”dan sonra rejissor Kino muzeyinə yollanıb...(kulis)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar