Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanrı başıma sığal çəkmişdi...


Sübhan Mahmudov yazır


"Yaşamaq ən ali səadətdir...

Heç nəyə baxmayaraq Yaşamaq!”

Jorj Sand

Bu səhər çox gümrah oyandım yuxudan. Yatıb qalmamışdım, işə vaxtında çatacaqdım. Mənə elə gəldi ki, bu səhər başqa səhərdi. Fərqliliyini indi göstərməsə də, bir azdan mütləq göstərəcəkdi. Pəncərəni açdım təmiz havanı ciyərlərimə çəkdim, baharın qoxusu gəlirdi artıq...Sanki Tanrı sehrli fırçasını hazırlayıb yavaş-yavaş özünün "Bahar rəsmi”ni cızma-qara eləyirdi. Çox keçməz şahanə "əsəri” hazır olacaq. Ciyərlərimə axan təmiz hava əvvəl qulaqlarımdan, sonra gözlərimdən, sonra burnumdan keçib, sel kimi axıb qəlbimə doldu. Yox, dəqiq, bu gün başqa gün olacaqdı...

Hər açılan səhər gözəldi. Yetər ki, görməyi bacarasan. Həyatın bozluğundan və adiliyindən şikayət etmə, sadəcə bax... Elə bax ki, gözəllikləri görə biləsən. Gözünü buna öyrəşdirsən, qəlbin də adət edər. Qəlbin adət etməsindən sonra isə hər şey daha gözəl olacaq. Çünki əməllər də bu gözəlliyə uyğunlaşır, onlar da qeyri-adi nizamla öz axarını dəyişir. Budur, həyat dediyin...Bu gün adi bir gün yox, istisnadır.

Vaxtım var idi deyə tələsmirdim. Mədəm səhər yeməyinə ac deyildi, günün möhtəşəmliyi gözümü açandan bəri doydurmuşdu məni. Bir anlıq duruxdum...Deyəsən, yuxuda Tanrı başıma sığal çəkmişdi. Tam xatırlamaq üçün çarpayımın qırağında əyləşib dərindən fikirləşməyə başladım. O, mənə yaxınlaşırdı, gözlərimi bərəldib heyrətlə baxırdım. Dəqiq desəm, nur gözlərimi qamaşdırırdı. Üzümə xoş gülümsədiyini görə bildim. Bu sadə, bəlkə də uşaqsayağı Varlıq bütün bədənimi süstləşdirmişdi. Nəhayət cəsarət tapıb özümü toparladım. Bir addım atsam, nura qarışacaqdım. Çaşğınlığımı görüb məni qabaqladı, indi daha səmimi gülümsəyirdi. Birdən bu nur hər tərəfi bürüdü, özümdən asılı olmayaraq gözlərimi bərk yumdum. Zərif toxunuş bədənimə ilıq istilik yaydı. Sonrasını nə qədər istəsəm də xatırlaya bilmədim...Qəribədir, bu yuxunu niyə oyanarkən xatırlamamşdım?

Artıq gecənin səssizliyindən əsər-əlamət qalmamışdı, maşınlar yolda şütüyür, uşaqlarını əllərindən bərk- bərk tutub məktəbə, baxçaya aparan valideynlər görünürdü. Gecə səssizliyini pozan bu nizamsızlığın özü də insana ruh verirdi. Hamı kimi mən də tələsməyə başladım. Yuxu məni əməllicə çaşdırmışdı. Az qalmışdı dayanacağı ötürəm. Nə idi bu? Səbəbini bilmədiyim fəhm? Yoxsa, əvvəlki günlərin təzadı? Bir sözlə, səhərki fiziki gümrahlığıma bir az da zehni gümrahlıq əlavə olunmşdu.

Parkda göyərçinləri ətrafına yığıb çörək verən adam sanki onlarla dərdləşirdi. Mənə elə gəlir ki, göyərçinlər onun yanına yox, o göyərçinlərin yanına gəlir. Çörəyini yeməyəni balaca uşaq kimi danlayırdı, bu da onun dünyasıydı, belə rahatlıq tapır yəqin... İnsanların ruh qohumluğuna inanmışam hər zaman. Bir skamyada toplaşmış təqaüdçü yaşlılar dərin müzakirələr edirdilər, səsləri bütün parkı götürmüşdü...Görəsən, onlar da bu günün gözəlliyinin fərqindəydilər? Bəlkə, bunu müzakirə edirdilər?

Metroya çata-çatda gözümə dükanların arasında iki divar arasına sıxılıb dayanan bir yaşlı qoca dəydi, ürəyim parçalandı... Dinməzcə, eləcə divalar arasında sıxılıb dayanmışdı.. Bəlkə də hər şeydən qaçıb təkliyinə sığınmışdı qoca... Əynindəki nimdaş gödəkcə nimdaş xatirələrdən xəbər verirdi. Üzünün qırışlarından gözləri görünmürdü...Həyatın ağır yükü belini büküb, çiyinlərini əymişdi. Bütün dünya üstünə gəlirdi, o da iki divarın arasına sıxılıb: - Gəlmə, dünya, üstümə, artıq taqətim qalmayıb, qalxa bilmərəm,qalaram altında,-deyirdi...

Həyat davam edirdi, insanlar gəlib-gedir, onun üçün isə durmuşdu həyat. Kimsəsiz tənha qoca... Mən də donmuşdum. Düz qarışısında əllərim yanımda dayanmışdım. Başını astaca qaldırıb qıyıq gözləri ilə düz gözümün içinə baxdı. Qar altındakı vulkan kimi püskürməyə hazır olan qığılcım kimiydi gözləri. Gülümsədi... Bu "könüllü məhbəs” yuxudakı nurlu varlığa oxşayırdı. Eynən onun kimi gülümsəyirdi...nurlu, xoş və ilıq...Bütün bu çətin həyatın içində onu çoxdan haqlamış bu qocalıq heç nəyə baxmayaraq təpədən dırnağacan həyat saçırdı. Kirli üst-başı, qırış basmış əlləri və üzü, dolaşıq ağ saçları və təzimə hazır kimi bükülmüş beli həyatın son akkordlarını vurmağa hazır dayansa da gözlərindəki parıltı, nur saçırdı bu həyat sevgisinə. İztirabdan qorxan sevincdən də qorxur...Qoca bunu anlamışdı, ona görə bütün iztirablarına həqiqi yanaşırdı. Amma sadəcə həqiqi yox, həm də ömrünü həsr edəcəyi sevgi ilə...

Yer üzündə olan hər şey Tanrının "əl işidir”. Bizlər onun sehrli fırçasından çıxmışıq. Onun qələmi yaratmışdı bu nurani qocanı da. Yaratmışdı ki, biz bu kəhkəşan kimi sonsuz dünyada sonsuz qəlb işartılarının fərqində olaq...

Özümdən asılı olmayaraq yaxınlaşıb əlimi çəkinə-çəkinə bozarmış dolaşıq saçlarının arasında gəzdirdim. Tanrının tumarı kimi...(adalet.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar