Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış siyasi analitik Amanda Paulcəbhə xəttində olub


Brüsseldə yerləşən Avropa Siyasi Mərkəzinin (ASM) baş analitiki Amanda Paul Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycanın cəbhəyanı ərazilərinə təşkil etdiyi səfərdə iştirak edib


Beynəlxalq Avrasiya Mətbuat Fondundan Azərtac-a bildiriblər ki, iyulun 18-19-da BAMF Azərbaycanın təmas xəttinə yaxın ərazilərə səfər təşkil edib. 

Amanda Paul Özbəkistanın 11 tanınmış jurnalisti və yazıçısı ilə birlikdə müharibədən əziyyət çəkmiş Fizuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Tərtərin Həsənqaya kəndinə gedib və orada yaşayan qaçqın və məcburi köçkünlərlə görüşüb.

Səfərdən sonra təəssüratlarını Eurasia Diary bölüşən Amanda Paul deyib: “Onu deyə bilərəm ki, səfər çox xoşuma gəldi, çünki buna qədər heç vaxt cəbhə xəttində olmamışdım. Bu barədə ancaq oxuyub, yazırdım. Burada olmaq fərqli hissdir. Çünki münaqişəyə yaxın olduğunuzu hiss edir və bunun orada yaşayan insanlara necə təsir etdiyini görürsünüz”.

Amanda Paul səfərin digər iştirakçıları ilə birgə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də olub.

“Neçə illərdir öz doğma yurdlarına qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin buna nail olduqlarını görmək çox xoşdur. Aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi işğaldan azad edilib. Bundan sonra kəndin sakinlərinin öz doğma torpaqlarına qayıdışı mümkün olub. Azərbaycan hökuməti tərəfindən kənddə bütün lazımi infrastruktur yaradılıb. Burada inşa olunan məktəbdə, evlərdə hər cür şərait var. Uzun illərdən sonra doğma torpaqlara geri dönməyin müsbət psixoloji təsiri var”, – deyə Amanda Paul qeyd edib.

Amanda Paul, həmçinin Tərtər rayonunda yerləşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (VTC) Peşə Təhsil Mərkəzində də olub.

Bu regionda Peşə Təhsil Mərkəzinin olmasının yaxşı təşəbbüs olduğunu bildirən analitik deyib: “Münaqişənin həll olunması bu regionun inkişafına müsbət təsir göstərərdi və ümid edirəm ki, bu tezliklə baş verəcək”, – deyə Amanda Paul bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar