Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış şairlərimiz Beynəlxalq Festivalda iştirak etdilər

Azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında (3-7 oktyabr) iştirak edirlər


Festivalın açılış mərasimində (3 oktyabr, Grand Pera) Şəhriyar del Gerani "Küçə uşaqlarına ithaf” şeirini Türkiyə türkcəsində səsləndirib. Şeir tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
 
Gənc şair Fərid Hüseyn festival çərçivəsində (4 oktyabr) Əhməd Həmdi Tampınar Kitabxanasında keçirilən "Şeir akademiyası” panelində "Gənc şairlər şeirə necə başlamalı?” adlı müzakirədə iştirak edib. Türkiyəli məşhur şairlər Turan Koç və Oktay Tafralının moderatorluğu ilə keçirilən paneldə F.Hüseynin çıxışı maraqla qarşılanıb. Çıxışını orta əsr ədəbiyyatı ilə yeni dövr ədəbiyyatının müqayisəsi üzərində quran gənc şair fikirlərini konkret nümunələrlə əsaslandırıb. Fikirləri təqdirlə qarşılanan F.Hüseyn poeziya ilə bağlı digər paneldə də (əvvəlcədən çıxışı nəzərdə tutulmayan panelə) dəvət alıb. Bundan başqa F.Hüseyn oktyabrın 6-da şeir gecəsində iştirak edəcək. Pera Palas-da keçiriləcək tədbirdə Martin Pieker (Polşa), (Ali Thareb (İraq), Cengizhan Konuş (Türkiyə), Mahmoud Al-Taveel (İraq), Duygu Konyaktsın (Türkiyə) və F.Hüseyn şeirlər oxuyacaqlar. F.Hüseynin şeirləri üç dildə (Azərbaycan, Türkiyə türkcəsində, İngilis dilində) həm öz ifasında, həm də qiraətçilər tərəfindən səsləndiriləcək.
 
Bundan başqa, gənc şairlər Türkiyənin ən böyük ədəbiyyat auditoriyasına ünvanlanan, yüksək tirajlı "Karabatak” ədəbi jurnalının redaksiyasında və Türkiyədə böyük yayım şəbəkəsi olan, klassik Şərq və Qərb ədəbiyyatı nümunələri, habelə çağdaş Türkiyə ədəbiyyatının seçkin imzalarının əsərlərini yayımlayan və nəşr prinsipiallığı ilə ad qazanmış "Şule” nəşriyyatında da görüşdə iştirak ediblər. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələlərinin bünövrəsi qoyulub.
 
Xatırladaq ki, festivala Türkiyədən 30, xaricdən isə 20 gənc şair və yazıçı qatılıb.
 
 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar