Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış şairin anım günü keçirilib

Bu gün görkəmli Azərbaycan şairi Hüseyn Kürdoğlunun dünyadan köçdüyü gündür


Bu münasibətlə “Söz qonağı” Ədəbi Məclisininn üzvləri tərəfindən şairin Xırdalan qəbiristanlığındakı qəbri ziyarət edilmiş, şairin və həyat yoldaşının məzarları üstünə tər qərənfillər düzülmüşdür.
 
Axundun Quran oxumasından sonra  “Söz qonağı” Ədəbi Məclisinin rəhbəri İlham Qəhrəman H.Kürdoğlunun yaradıcılığının məziyyətlərindən, şeirlərindəki bədii dil xüsusiyyətlərindən danışmışdır. O anım tədbirinin həm də xalq arasında deyildiyi kimi “qəbir üstə çıxmaq” adətimizə bir hörmət əlaməti olduğunu vurğulamışdır.
 
Bundan sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraət ustası Zülfiyyə Eldarqızının ifasında şairin şeirləri səslənmişdir.
 
İlham Qəhrəman isə şairin yurd həsrətli “Qalmadı” şeirini oxumuşdur.
 
Şairin qardaşı, professor Şirindil Alışanov, oğlu Nasir, “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli və laçınlı ziyalı Yasir Cabbarov da tədbirə qatılanlar arasında olublar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar