Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış politoloqdan “Kremldən bu qədər çəkinməyək” çağırışı

Elxan Şahinoğlu: “Moskva görsə ki, biz daha çox qorxuruq, üstümüzə daha çox gələcək”


Hüquq professoru İlham Rəhimov qəzetimizə müsahibəsində bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikrinə görə açıqlama verməlidir: 

“Lavrov deyib ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq Azərbaycanın daxili məsələsi deyil. Bu, çox ciddi bəyanatdır. Birincisi ona görə ki, belə açıq münasibət ilk dəfədir səslənir. İndiyə qədər analoji bəyanat olduğunu xatırlamıram. İkincisi ona görə ki, bu fikri çox yüksək dövlət vəzifəsi tutan şəxs deyir. Sergey Lavrov sıradan siyasətçi, deputat, politoloq, jurnalist deyil, o, Rusiya kimi nəhəng bir dövlətin xarici siyasət idarəsinə başçılıq edir. Rusiya dəfələrlə həm dövlət başçısı, həm də XİN-i səviyyəsində Azərbaycan Respublikasınn ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu dəfə isə Rusiya xarici işlər nazirinin deyərdim diplomatik üslub baxımdan qeyri-dəqiq ifadəsi Azərbaycanda haqlı olaraq narazılıqla qarşılanıb. Fikrimcə, Azərbaycan rəsmən Rusiya XİN-dən bu haqda açıqlama tələb etməlidir. Çünki baş verənlər Azərbaycanın maraqlarına cavab vermir”.

Bəs, Rusiya ondan gözlənilən açıqlamanı, izahatı verəcəkmi? Politoloq Elxan Şahinoğlu bildirdi ki, professor İlham Rəhimov çox düzgün, hüquqa əsaslanan və milli maraqları qoruyan mövqe ortaya qoyub: “Mən İlham Rəhimovla tamamilə razıyam ki, Lavrovun açıqlaması ilə bağlı Azərbaycan rəsmən Rusiya XİN-dən ciddi açıqlama tələb etməlidir. 

Susqunluq olduqca, Moskva düşünəcək ki, bundan sonra da sərtliyimizi nümayiş etdirməliyik, onsuz da Azərbaycan ciddi etiraz edəsi deyil. Lavrovun dediklərinin tamamilə Ermənistanın xeyirinə olduğu ortadadır. Rusiyadan izahat, açıqlama tələb edilməlidir. Ancaq məncə, Rusiya bizim gözlədiyimiz açıqlamanı verməyəcək. Bunun bir neçə səbəbi var. Lavrovun mövqeyi elə Rusiya iqtidarının mövqeyidir. Lavrov Kremlin mövqeyini yaxşı bilir və ona görə də arxayın şəkildə o cür açıqlama verdi. Düzdür, Lavrov ermənipərəstdir, Ermənistanın mövqeyini Ermənistanın xarici işlər naziri kimi müdafiə edir. 

Bütün bunlara baxmayaraq, Lavrov əslində Kremlin düşüncə tərzinə uyğun hərəkət edir. O, sadəcə olaraq, Kremlin düşüncə tərzini açıqladı. Biz faktiki bunu bilirdik. Son bir ilə yaxın müddəti götürün, aprel döyüşləri zamanı Azərbaycan ordusu uğur qazanmışdı və bu uğur xeyli genişlənə bilərdi. Moskvadan zəngləri başlandı və biz atəşkəs elan etməyə məcbur olduq. Bu davranış Rusiyanın Ermənistana dəstəyi idi. Bir çoxlarında yanlış təsəvvür var idi ki, Rusiya artıq münaqişəni ədalətli həll edəcək və 2016-cı ilin sonuna kimi bir neçə rayon Azərbaycana qaytarılacaq. Bunların heç biri baş vermədi. Əksinə, Sankt-Peterburqda  prezidentlərin görüşündə Rusiyadan bizə təzyiq oldu. Təzyiq də bundan ibarət idi ki, atəşkəsə riayət etməliyik. Rusiya apreldən sonra Ermənistanın mövqeyini açıq-aşkar müdafiə edir. Sergey Lavrov da bundan daha da ruhlanaraq açıq ifadələrlə bəyanat verdi. O arxayındır ki, Kremldən onun açıqlaması əleyhinə hər hansı açıqlama olmayacaq. Lavrov bilsəydi ki, Rusiyanın rəhbəri Dağlıq Qarabağ məsələsində fərqli fikirləşir, münaqişənin ədalətli həllinin tərəfdarıdır, aydındır ki, azərbaycanlı jurnalistin sualına başqa cür cavab verəcəkdi”. 

Politoloq vurğuladı ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun yumşaq açıqlaması ilə kifayətlənməli deyil: “Elmar Məmmədyarov Lavrovun məlum bəyanata verdiyi gün həmin bəyanatı yolüstü bir cavab verdi. Görünür yuxarı instansiyalardan ona deyilmişdi ki, mütləq Lavrova cavab verilməlidir. Yumşaq şəkildə olsa da xarici işlər naziri cavab verdi. İlk dəfə idi ki, Məmmədyarovun dilindən Rusiyaya yumşaq da olsa etiraz müşahidə etdik. Amma yenə də gəlirik İlham Rəhimovun müsahibəsinə ki, Azərbaycan bununla kifayətlənməli deyil, Rusiya XİN-dən açıqlama tələb etməlidir. Mən də bu fikri bölüşürəm ki, Azərbaycan bu addımı atmalıdır. Azərbaycanda Vladimir Putinin xarakterini ən dəqiq bilən İlham Rəhimovdur. İlham bəy Rusiyanı dərindən bilir. Bütün bunları bilən professor deyirsə ki, biz Rusiyadan açıqlama, izahat tələb etməliyik, çəkinməməliyik, deməli, biz bunu etməliyik və çəkinməyə ehtiyac yoxdur. Təəssüf ki, Azərbaycan hökuməti Rusiyadan həddən artıq dərəcədə çəkinir. Rusiya Xarici İşlər Nazirliyindən tələb etmək əvəzinə, Lavrova sual verən azərbaycanlı jurnalisti işdən çıxarırlar. Bu qədər çəkingənlik ortada olduğu vaxtda çətin ki, Rusiya XİN-ə hansısa ciddi tələb irəli sürülsün. Rusiya hakimiyyəti də Azərbaycanın bu qədər qorxduğunu gördüyü üçün hansısa izahat verməz. Azərbaycanda hakimiyyətdə olan insanların Rusiyadan bu dərəcədə ehtiyatlandığını bəlkə də heç Moskvanın özü təsəvvür etmirdi. Rusiya böyük qonşudur, Gürcüstanı, Ukraynanı müəyyən qədər parçaladı və bu dövlətdən müəyyən qədər ehtiyatlanmaq lazımdır. Amma qorxmaq lazım deyil. Çünki Moskva gördükcə ki, biz daha çox qorxuruq, üstümüzə daha çox gələcək. Biz Rusiya ilə kəllə-kəlləyə gəlməyin lazım olduğunu demirik. Sadəcə olaraq, elə məsələlər var ki, orada prinsipiallıq edilməlidir. Mən təsəvvür edirəm ki, Dağlıq Qarabağla bağlı o cür açıqlamanı ABŞ-ın dövlət katibi versəydi, ona hansı dərəcədə sərt reaksiyalar, hücumlar olacaqdı”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar