Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talış kəndindən 370 erməni Ermənistana qaçıb

Ermənistanın işğalı altında olan Azərbaycanın Talış kəndində yaşayan 90 erməni ailəsi Ermənistana qaçıblar


"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Talış kəndindəki erməni icmasının əlaqələndiricisi Slava Bayunst bildirib.

Əlaqələndiricinin sözlərinə görə, problemin həlli üçün onlar Ermənistan hökumətinə məktubla müraciət ediblər.

"Aprelin 20-dək Talışda yaşayan ermənilərin sosial və məişət problemlərin həlli üçün heç kim əməli bir iş görmədi. Bizə mənzil, gündəlik tələbat malları, təqaüdlərin Ermənistana köçürülməsi, işlə təmin olunmaq lazımdır. Bizləri öz əşyalarımızı satmaqla dolanmaq ümidinə qoyublar. Yaz səpini üçün banklardan kredit götürmüşük. Oradan gələn 5-10 ailə Ermənistanın bölgələrində ev ala bilər. Qalan ailələrin özlərini təmin etməyə imkanları yoxdur.
12 ailə Yerevanda qohumlarının evində qalır. Qalanları əyalətlərdədir. Onlar istənilən yerdə yaşamağa razıdır. Təki onlara sığınacaq verilsin.

Suriyada yaşayan ermənilər gələndən sonra Yerevandakı yataqxanalarda qalmağa yer də yoxdur", - S.Bayunts deyib.

Məlumata görə, atəşkəs elan olunandan sonra 370 erməni Talış kəndindən gedib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar