Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talıb Tale: “Aramızda sevgi ola bilməz”

“Maşın”dan sonra bu qədər populyar olacağımı düşünmürdüm. Əvvəllər də sevənlərim çox idi, indi daha da çoxalıb”


Bu sözləri müğənni Talıb Tale musavat.com saytına açıqlamasında deyib.

O, özünə qarşı olan maraqdan təəccübləndiyini dilə gətirib: “Şoudan öncə məni efirə çağırmayanlar indi proqramına çağırır. Mən isə  öncədən dəvət olunduğum efirlərə çıxıram.  “Maşın” şoudan əvvəl dəvət olunmadığım, indi daha çox gündəmdə olduğum üçün dəvət aldığım proqramlara çıxmıram. Bu da mənim qərarımdır”.

- Sosial şəbəkədə “Talıb_Ülviyyə” (Ülviyyə Alovlu red.) adlı səhifələr açılıb. Sanki, şoudan sonra sizi bir-birinizə yaraşdırırlar. Ülviyyə xanımla münasibətləriniz necədir?

- Ülviyyəni çoxdan tanıyıram. Amma aramızda başqa münasibət ola bilməz.  Kimsə məsələni dramatikləşdiribsə, bu, mənim günahım deyil. Aramızda dostluq münasibəti var.

- Talıbın həyatında sevdiyi xanım var?

- Həyatımda sevdiyim xanım yoxdur. Hazırda şəxsi həyata diqqət ayıra bilmirəm. Yaradıcılığımda dönüş zamanıdır. Çox çalışmalıyam. Yeni ildən gözəl işlərimi təqdim edəcəyəm. Xalq artisti, əməkdar artist olmaq niyyətində də deyiləm. İstədiyim pilləyə çatmaq üçün çalışıram”.

- Dünya maqazin aləmində fanatı ilə ailə quran tanınmışlar çoxcdur. Siz necə fanatınızla ailə qurardınız?

- Əlbəttə, ola bilər. Məni sevən xanımla evlənərəm. Bəzən deyirlər ki, şou-biznesdəki xanımlarla evlənmərəm. Heç vaxt heç vaxt deməmək lazımdır. Qismətdir. Amma hazırda belə niyyətim yoxdur. Allah kimi qismət etsə, onunla ailə quracağam.

- Son olaraq “Balım” mahnısına çəkilən klipi təqdim etdiniz. Orada bir nüans diqqətimi çəkdi. Qız rəqs edəndə hər kəs ona təəccüblü baxır. onun rəqsini birmənalı qarşılamır. Amma sonra hər kəs ona qoşulur. Bu xüsusi düşünülmüş bir mesaj idi, yoxsa...?

- Xüsusi olaraq o kadrı mən düşünmüşəm. qız oynayanda başqa bir qadın da rəqs etmək istəyir və əri ona əsəbləşir. Daha sonra hər kəs rəqs edir, kişi də xanımın könlünü alır. Cəmiyyətdəki kompleksləri göstərmək istəmişəm. Çünki bir işi 1 nəfər görəndə hamı pis baxır. Kütləvi edəndə isə  bəh-bəh ilə qarşılanır.

- Kompleksiniz var?

- Qəfildən mənə mahnı oxumaq təklif olunanda sıxılıram, kompleksə düşürəm. Amma özüm oxumağa  başlayanda susmuram.

- Talıbı Azərbaycandan kənarda daha çox sevirlər. Bu sosial şəbəkədə sizə yazılan şərhlərdən də bəllidir…

Rusiyada, Türkiyədən yazanlar çoxdur. Bəzən bizim xanımlar Türkiyə türkcəsi ilə yazırlar. Adam bilmir ki, kimdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar