Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tale Heydərovun təşkilatı Fransa mətbuatında


Üç fransız deputat və Avropa Azərbaycanlıları Cəmiyyəti məqalə yazıb; Azərbaycanın Avropa Birliyi üçün önəmi vurğulanır


Qərb ölkələrində fəaliyyət göstərən lobbi təşkilatları arasında Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycanlıları Cəmiyyətinin (The European Azerbaijan Society (TEAS)) adı tez-tez gündəmə gəlir. 

Azərbaycanın dünya arenasında müsbət imicinin formalaşdırılması istiqamətində bu təşkilat xüsusi fəallıq göstərir. Adından da göründüyü kimi, onlar daha çox Avropa ölkələrində təbliğat kampaniyası aparırlar. 

İndi diqqətinizə təqdim etdiyimiz bu xəbər də həmin təbliğatın bir nümunəsi kimi diqqət çəkir. Cəmiyyətin “PRWeb” saytında yaydığı xəbərdə deyilir ki, Fransanın aylıq nəşr olunan “La Revue du Trombinoscope” siyasi jurnalı Azərbaycanın Avropa Birliyi üçün strateji əhəmiyyətindən bəhs edən məqalə çap edib. Diqqət çəkən məqam odur ki, məqalə Avropa Azərbaycanlıları Cəmiyyətinin Fransa bölməsinin də qatqısı ilə üç nəfər fransalı deputatın imzası ilə yayımlanıb. Jérôme Lambert (RRDP), Thierry Mariani (UMP) və Jean-Louis Dumont-un (SRC) imza atdığı məqalə “Why is Azerbaijan a key partner for the European Union?” (Nədən Azərbaycan Avropa Birliyi üçün açar tərəf-müqabildir) adlanır. 

 Yazıda dövrü mətbuatda oxuduğumuz fikirlər bu dəfə fransız deputatların adından səslənir. Müəlliflər Fransanın Qafqazlarda davamlı sülhə nail olmaq üçün gördüyü işlərə vurğu yaparaq Fransa prezidentinin Parisdə AzərbaycanErmənistan prezidentlərini bir araya gətirməsinin önəmindən söhbət açırlar. O da vurğulanır ki, bu danışıqların davamı olaraq gələn ilin sentyabrında AzərbaycanErmənistan prezidentləri BMT-nin tədbirində yenidən bir araya gələcəklər. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Ən çox oxunanalar