Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taksi xidmətində köklü dəyişikliklər olacaq


Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakının Vahid Nəqliyyat Konsepsiyası hazırlanır


Yeni konsepsiya ilə paytaxtın inzibati ərazisində nəqliyyat infrastrukturunda, o cümlədən taksi xidmətində köklü dəyişikliklər nəzərdə tutulub.

Bu haqda BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

Taksilər üçün standartlar...

O qeyd edib ki, indiyədək taksi fəaliyyəti göstərən fərdi sahibkarlar da standartlara uyğunlaşdırılacaq:

“İndiyədək avtobuslarla bağlı müəyyən qaydalar var idi. Amma taksi xidməti yeganə sahədir ki, fiziki şəxslər, fərdi sahibkarlar tərəfindən idarə olunur. Hazırda Bakı şəhərinin inzibati ərazisində taksi xidməti göstərən şirkətlər var. Amma fərdi sahibkarların taksiləri onlardan daha çoxdur.

Məsələ burasındadır ki, indiyədək fərdi sahibkarlar tərəfindən idarə edilən taksilərin kvotaları, gəlirləri, sərnişin axını müəyyən edilməyib.

Hazırlanan konsepsiyada bu axın müəyyən olunacaq. Taksi fəaliyyəti ilə məşğul olanlara fərqlənmə nişanı veriləcək. Bildiyiniz kimi, fərqlənmə nişanın verilməsi Agentlik tərəfindən həyata keçirilir. Buna uyğun olaraq taksilər standarta uyğunlaşdırılacaq”.

İlkin mərhələdə Bakıda nə qədər taksiyə ehtiyac olduğu müəyyənləşdiriləcək. Taksilər avro -16 standartına cavab verməlidir, onlar üçün kvotalar müəyyən olunacaq”.

Taksilərdə kameralar quraşdırılacaq

N.Allahyarova daha bir yenilik barədə məlumat verib. O bildirib ki, sürücülər Agentlik tərəfindən hazırlanan vahid geyimlə təmin olunacaqlar:
“İlkin olaraq avtobuslarda, ikinci mərhələdə taksilərdə nağdsız ödəmə sisteminə keçid nəzərdə tutulub. Bunun nəticəsində sərnişin kart sistemilə də ödənişini həyata keçirə biləcək.

Həmçinin taksilərdə ödəmələrin standartı müəyyən olunacaq. Sürücü gediş üçün istədiyi məbləği qoya bilməyəcək.
Konsepsiyaya uyğun olaraq həm sürücünün, həm də sərnişinin təhlükəsizliyi üçün taksi daxilində kameralar quraşdırılacaq”.

Taksilər avtobus dayanacağına girə bilməyəcək

Agentlik rəsmisi deyib ki, bu gün ən böyük problem dayanacaqlarla bağlıdır:

“Bu gün avtobuslar ikinci xətdə dayanır, qəzalı vəziyyət yaradır və sərnişin düşürürlər. Amma bu problemin qaynağı avtobus sürücüsü deyil. Hamımız bilirik ki, taksilər dayanacaqları zəbt ediblər. Tezliklə bu məsələdə də aradan qaldırılacaq. Bakı şəhərinin inzibati ərazisində taksi dayanacaqları fəaliyyətə başlayacaq. Yəni, bu dayanacaqlar istifadəyə veriləndə taksilər öz dayanacaqlarında fəaliyyət göstərəcəklər. Avtobus dayanacaqlarına taksilərin girişi qadağan olunacaq”. (modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar