Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taksi xidməti sahəsində tənzimləmə və stimullaşdırma tədbirləri görüləcək


"Taksi xidmətləri sahəsinin nizamlanması ilə əlaqədar müəyyən boşluqlar var"


Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, regionlarda istismar edilən taksilərin böyük əksəriyyəti qanunvericiliklə müəyyən edilmiş minimum tələblərə cavab vermirlər.

“Taksi daşımalarının sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə yumşaq tənzimləmə və stimullaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulur. Hazırda əsasən oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə həm ölkə daxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımaları da geniş vüsət alıb. Müvafiq tənzimlənmə mexanizmi olmadığından, yəni bu tip avtomobillər nə avtobuslarla sərnişindaşmasına, nə də taksi minik avotmobilləri ilə sərnişindaşımasına aid edilmədiyindən, belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması narahatlıq doğuran vacib məqamlardandır. Bu problemin həlli məqsədilə təkliflər hazırlanır, eyni zamanda belə daşımalar həyata keçirən tərəfdaş dövlətlərin aidiyyatı qurumları ilə məsləhətləşmələr aparılır”,- deyə H.Həsənov vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar