Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taksi sürücüsü nəqliyyat müfəttişini döydü



Gecə Bakının Yasamal rayonu ərazisində taksi sürücüsü Nəqliyyat Departamentinin əməkdaşını döyüb


 Hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında, Sumqayıt şəhərinə işləyən taksilərin dayandığı yerdə baş verib. 

Bakı sərnişin və yük daşıma departamentinin əməkdaşı 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən 50 CK 149 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü, Vüsal adlı şəxs tərəfindən döyülüb. Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən uzaqlaşaraq məsuliyyətdən qaçıb. 

Hadisə zamanı ayağı və burnu sınan Mirsadıq Həmidov isə təcili tibbi yardım maşını ilə 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb.

Yaralıya xəstəxanada yardım edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 

Hadisə barədə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Zərərçəkən Mirsadıq Həmidovun izahatı alınıb. Polis nəqliyyat nəqliyyat işçisini döyən taksi sürücüsünün axtarışına başlayıb. 

Faktla bağlı araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək. (ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ən çox oxunanalar