Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taksi sürücüsü Artur Rasi-zadənin kortejinə belə “protiv” getdi - Video


İyunun 22-də, saat 20:00-da Bakıda taksi sürücü kobud qayda pozaraq həm qarşı yola çıxıb, həm də operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi kortejin yolunu kəsib


Hadisə anbaan Avtosfer.az-ın kamerasına düşüb. 

Belə ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi ilə hərəkət edən avtomobil sürücülərinin böyük əksəriyyəti sıxlıq olmasına baxmayaq ardıcıl dayandıqları halda bir neçə sürücü qarşı yola çıxaraq hərəkət edib. Onlardan biri də "Tofaş” markalı, 50 DF 944 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub. Üzərində taksi nişanı olan sürücü özünü başqalarından ağıllı sayaraq qarşı yola çıxaraq təxminən 150 metr gedəndən sonra qəflətən 99 YP 515 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə üz-üzə gəlib. Məlum olub ki, DYP avtomobili Baş nazir Artur Rasizadənin kortejini müşaiyət edir və Artur müəllim özü də avtomobildədir. Sağ zolaqdakı maşınlar bir-birinə yaxın dayandığı üçün heç kimi "Tofaş” sürücüsünə yol verə bilməyib. Bunu görən DYP inspektoru taksi sürücüsünə geriyə hərəkət etməyi əmr edib. Sürücü çətinlik çəkə-çəkə 150 metr yolu geriyə sürməli olub.

Gözlənilməz hadisə baş versə də yol polisi doğru qərar verərək Baş nazirin kortejinin hərəkəti davam etdirməsini təmin edə bilib. Eyni zamanda, həmin sürücü barəsində inzibati protokol tərtib edilib. Belə ki, sürücü qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etdiyi üşün 100 manat, 4 bal cərimə olunub. Bundan əlavə, sayrışan işıqlarla xəbərdarlıq edən operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi avtomobil karvanına yol vermədiyi üçün də 3 bal, 100 manat miqdarında cərimə protokolu tərtib edilib.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar