Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tağı Əhmədov, onun oğlu və qardaşı oğlu Akif Çovdarovun məhkəməsində ifadə veriblər


Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir


APA-nın xəbərinə görə,  A. Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırıb. 

Vəkil bildirib ki, T. Əhmədov istintaq zamanı verdiyi ifadəni təsdiqləyib. Onun ifadələri arasında ziddiyyət olduğunu deyən S. Rəsulov qeyd edib ki, hakim həmin ziddiyyətləri aydınlaşdırmağa imkan verməyib: "Akif Çovdarov dedi ki, özü ifadə verəndə Tağı Əhmədov iclasda olsun və Tağı Əhmədovun istintaq zamanı verdiyi ifadə elan edilsin, sonra Tağı Əhmədova sualları olacaq. Lakin məhkəmə buna şərait yaratmadı. Tağı Əhmədov istintaq zamanı verdiyi ifadədə pulu mart ayında verdiyini deyib. Lakin həmin vaxt Tağı Əhmədov ölkə xaricində olub. Səlim Məmmədovun vəkili Cavid Rzazadə ondan tələbi olub-olmamasını soruşduqda Tağı Əhmədov bildirdi ki, elə bil, "Leyli və Məcnun"a gedib baxırsan, sonra soruşursan ki, Leyli kimdir, Məcnun kimdir. Tələbi aydındır".
 
S. Rəsulov bildirib ki, Tağı Əhmədov Eldar Mahmudov işdən azad edildikdən sonra Rəsul Rəsulov adlı MTN əməkdaşına mesaj yazaraq bildirib ki, Akif Çovdara pulu qaytarsın.

Vəkil bildirib ki, iclasda T. Əhmədovun oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov da ifadə verib. Onlar istintaq zamanı verdikləri ifadəni təsdiqləyiblər.

Proses davam edir.
 
***
 
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
 
APA-nın xəbərinə görə, prosesdə Tağı Əhmədov ifadə verib. İclasdan sonra T. Əhmədov jurnalistlərə açıqlama verməyib və sualları cavablandırmayıb. O, "sağ olun" deməklə kifayətlənib.

Zərərçəkmiş şəxslər isə bildiriblər ki, Tağı Əhmədov iclasda geniş ifadə verib. Vəkillər ondan hansısa tələblərinin olub-olmamasını soruşublar. O, dəymiş ziyanın ödənilməsini istəyib: "Leyli və Məcnunu hamı oxuyub. Orada Məcnunun nə istədiyini hamı bilir. Mən də verdiyim pulu Akif Çovdarovdan istəyirəm. Eldar Mahmudovun köməkçisi ilə danışırdım. O bildirdi ki, mənə nəzarəti Akif Çovdarova tapşırıblar. Bundan sonra Akif Çovdarov məndən bahalı maşınlar almağımı istədi ". 

T. Əhmədov ona 3 milyon manat ziyan dəydiyini, həmin məbləğin ödənilməsini istəyib.
 
***
 
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə "Bakı Metropolitieni" ASC-nin sabiq rəisi Tağı Əhmədovun zərərçəkmiş qismində ifadə verəcəyi gözlənilir. T. Əhmədov bu gün məhkəməyə gəlib və iclasda iştirak edir.


Xatırladaq ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar