Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taekvondoçumuz medalın bir addımlığında büdrədi


Çinin Usi şəhərində taekvondo üzrə "Böyük Dəbilqə" beynəlxalq açıq turnirinə start verilib. Yarışa 8 idmançı ilə qatılan Azərbaycan yığmasının 5 üzvü yarışın ilk günündə dayanq üzərinə çıxıb


PİA.AZ goal.az-a istinadən xəbər verir ki, olimpiya çəki dərəcələri üzrə baş tutacaq G1 kateqoriyalı turnirdə Ramin Əzizov (+80 kq) medalın bir addımlığında dayanıb. 

Belə ki, 1/8 finalda Jenyu Guonu 5:2, ardınca Dinghuanqı (hər ikisi Çin) 21:16 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinalda Yun Min Beaya (Cənubi Koreya) 4:13 hesabı ilə uduzub. Turnirdə bir bürünc medal verildiyindən bu mükafat 1/4 finalda digər taekvondoçumuz Payam Qobadi Oğaza 17:13 hesabı ilə qalib gələn xorvatiyalı Vedran Qoleçə qismət olub. Nəticədə Əzizov 4-cü, Oğaz 5-ci yeri tutub.

68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə startda Xu Vanqa (Çin) məğlub olub (3:15). Onunla eyni çəkidə dayanq üzərinə çıxan gənc taekvondoçu Əliəsgər Əliyev də ilk qarşılaşmasında Ruddi Mateo (Dominikan Respublikası) ilə bacarmayıb - 2:8. Bu idmançılardan fərqli, 68 kq-da yarışan Məhəmməd Məmmədov 1/4 finaladək irəliləyib. Lakin bu mərhələdə Deni Andrun Raziç (Xorvatiya) keçilməz olub (6:8). Yekunda Məmmədov 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gün Qaşım Maqomedov, Əli Məmmədov (hər ikisi 58 kq) və Səid Quliyev (80 kq) gücünü yoxlayacaq. Turnirdə mükafatçılar sırasında yer alacaq taekvondoçular dekabrda keçiriləcək "Böyük Dəbilqə" seriya yarışlarına lisenziya əldə edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar