Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taekvondo millimiz İslamiadanı 9 mükafatla başa vurub


Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına yekun vurulub


Apasport.az saytının məlumatına görə, son gündə daha 5 çəkidə qaliblər müəyyənləşib.

Millimizin isə 4 üzvü medallar üçün dayanq üzərinə çıxıb. Onlardan ikisi Ramin Əzizovla Məhəmməd Məmmədov yarışı fəxri kürsüdə başa vurub. Əzizov qızıl, Məmmədov bürünc medala sevinib.

Kişilər
63 kq
Məhəmməd Məmmədov turnirə 1/8 finaldan start verib. Dünya kubokunun qızıl medalçısı indoneziyalı İbrahim Zarman önündə ciddi çətinlik çəkməyib (9:2) və adını 1/4 finala yazdırıb. İdmançımız bu mərhələdə Ömər Xəyyami (Mərakeş) önündə ciddi çətinliklə üzləşməyib. Məmmədov rəqibini dayanq üzərinə çıxmağına peşman edib – 26:10. İdmançımız yarımfinalda qazaxıstanlı Alimjan Serikbayevi sınağa çəkib. Təmsilçimiz 7:8 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.

74 kq
Səid Quliyev yarışa 1/4 finaldan qoşulub. Gənclərin Olimpiadasında qızıl medal qazanmış idmançımız Toş van Diyklə qarşılaşıb. İdmançımız mübarizəyə fəal başlayıb, hesabda önə keçməsinə baxmayaraq, sona yaxın üstünlüyü əldən verib. Yekunda 17:19 hesablı yenilgiyə üzülən Quliyev İslamiadada mübarizəni dayandırıb.

87 kq
Bu çəkidə ölkəmizi təmsil edən Ramin Əzizov yarımfinala çıxmaq uğrunda görüşdə iordaniyalı Anas Sadeki mübarizədən kənarlaşdırıb. Taekvondoçumuz rəqibini 27:8 hesabı ilə üstələyib. Əzizov ikinci sınağını türkiyəli Sərdar Yüksələ qarşı verib. 13:5 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. Həmyerlimiz qızıl medal uğrunda qarşılaşmada İran təmsilçisi Əhməd Məhəmmədi ilə üz-üzə gəlib. 16:13 hesabı ilə qalib gələn Əzizov yarışın çempionu adına yiyələnib.

Qadınlar
62 kq
Son gündə dayanq üzərinə çıxan yeganə qadın idmançımız Darya Şkurko olub. O, 1/4 finalda Mərakeş taekvondoçusu Sukayna El-Auni ilə münasibətlərinə aydınlıq gətirib. Gərginliyi ilə diqqət çəkən döyüşdə mərakeşli daha güclü olub. 8:10 hesabı ilə yenilən Şkurko mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, taekvondo yarışlarının ilk iki günündə 5 qızıl və 2 gümüş medal qazanan millimiz İslam Həmrəyliyi Oyunlarını 9 mükafatla başa vurub. Bunlardan 6-sı qızıl, 2-si gümüş, 1-i bürüncdü.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar