Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Bakının Həsən Əliyev küçəsindəki köhnə inzibati binası sökülür
TQDK-nın köhnə binasının yerində yeni inzibati bina inşa ediləcək.
Bu, TQDK-nın səlahiyyətlərinin genişlənidirilməsi və buna uyğun olaraq da onun ştat və struktur vahidlərinin artması ilə bağlıdır.
Bina tikilib başa çatdırılana qədərki müddətdə isə TQDK başqa məkanda - Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 1 ünvanında fəaliyyət göstərməkdə davam edəcək. (vesti.az)
pia.az