Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

TAP bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək

Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək


Bunu TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati İtaliyada energetika konfransında deyib.

O qeyd edib ki, TAP İtaliyanı yeni qaz mənbələri ilə təmin edəcək.

Direktor bildirib ki, İtaliyanın 35 milyard kubmetr qaz tədarükü haqqında müqavilələrinin müddətinin 2020-ci ildə başa çatacağı nəzərə alınsa, Azərbaycan qazının ölkəyə nəqli onun enerji təhlükəsizliyini gücləndirəcək.

L.Skyeppati TAP layihəsinin İtaliya, Yunanıstan və Albaniyada icrasından da danışıb: "TAP-ın Yunanıstan və Albaniyada inşası üçün lazım olan 473 və 162 km uzunluğunda borular müvafiq olaraq artıq çəkilib. 457 və 156 km-lik hissələrdə isə qaynaq işləri başa çatıb".

İtaliyaya gəlincə, direktor deyib ki, burada TAP-ın reallaşması çərçivəsində mikrotunellərin tikintisi üçün meydançaların hazırlanması işləri yekunlaşıb.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir və Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşdiriləcək: boru kəməri Yunanıstan və Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə çəkiləcək və İtaliyanın cənubuna istiqamətlənəcək.

pia.az
Etiket:
loading...