Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır


İtaliyada parlament seçkilərində qələbə qazanmış avroskeptik, populist və anti-miqrasiya siyasətinə qarşı çıxan partiyalar - “Beş ulduz hərəkatı” və “Şimal liqası” bu gün ölkə prezidenti Serdco Mattarelleyə baş nazir vəzifəsinə namizəd təqdim ediblər


AzVision.az "The Local" agentliyinə istinadən xəbər verir ki, koalision hökumətin yeni başçısı kimi İtaliya siyasi arenasında çox az tanınan, 54 yaşlı vəkil və hüquq professoru Cuzeppe Kontenin namizədliyi irəli sürülüb. 

Əvvəllər solçu olan Konte, sonradan “XXI əsrdə solçu ideologiya artıq aktual deyil” söyləyərək, sol meylli siyasi kursdan imtina edib. 

"The Local" nəşri bildirir ki, seçkiqabağı kampaniyalarda və koalision hökumətin formalaşdırılmasına dair 2 aydır sürən danışıqlarda onun adı heç vaxt hallanmayıb. Buna baxmayaraq, “Beş ulduz hərəkatı”nın lideri Luici Di Mayonun Kontenin namizədliyini məhz İtaliyadakı bürokratiyaya son qoymaq üçün irəli sürdüyü deyilir. Və az məşhurluğuna rəğmən “Beş ulduz hərəkatı”nın rəhbəri Kontenin texniki fiqur yox, siyasətçi olduğunu vurğulayıb. 

Mayın əvvəllərində parlamentdə qələbə qazanan partiyaların liderlərinin koalision hökumətin proqramına dair razılığa gəldikləri bildirilmişdi. Razılaşmanın bəndlərinə korrupsiyaya qarşı mübarizə, əmək bazarında islahatlar, ətraf mühitin mühafizəsi, su ehtiyatlarının özəlləşdirilməsinə yol verilməməsi, pensiya islahatlarına dair bundan əvvəl qəbul olunan qərarların ləğvi daxildir.

Qeyd edək ki, “Şimal liqası” və “Beş ulduz” partiyaları AvropaAzərbaycan qazı ilə təchiz edəcək TAP boru kəmərinin İtaliya hissəsinin çəkilməsinə qarşı keçirilən “No TAP” aksiyalarının təbliğatçılarıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar