Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TANAP-ın siyasi və iqtisadi əhəmiyyəti - Ekspert nə düşünür?


Enerji məsələləri üzrə eskpert: “TANAP-ın Avropa üçün xüsusi əhəmiyyəti var. Ancaq Azərbaycanın Avropanın enerji təminatında əhəmiyyətindən danışarsaq, artıq şişirdilmiş olar”


Rusiya TANAP-a qarşı siyasi rəhbərlik səviyyəsində qısqanclığı büruzə verməsə də, kütləvi informasiya vasitələri, ekspertləri, hətta partiya liderləri səviyyəsində xoşhal olmadıqlarını nümayiş etdirirlər”.

Bu sözləri enerji məsələləri üzrə eskpert İlham Şaban dünən açılış mərasimi keçirilən TANAP layihəsinin siyasi və iqtisadi əhəmiyyətlərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı keçirildi. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Bolqarıstanın baş naziri Boyko Borisov, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak edib.

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

Qeyd edək ki, TANAP layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib. TANAP layihəsi təbii qazın “Şahdəniz” və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

TANAP  layihənin əsas siyasi və iqtisadi əhəmiyyəti barədə  PİA.AZ-ın əməkdaşı enerji məsələləri üzrə eskpert İlham Şabanla danışıb.



İlham Şaban: “TANAP və “Şimal axını-2” layihəsi müxtəlif bazarlara yönəlib. Həmçinin bu iki layihənin müxtəlif istiqamətləri var”.


Avropanın bir çox ölkələrində qaz təminatının az olduğun diqqətə çatdıran enerji məsələləri üzrə eskpert İlham Şabana görə, həmin ölkələr qazın yarısın Azərbaycandan olsa, bu zaman onların enerji təminatında, enerji təhlükəsizliyində Azərbaycan həddən artıq böyük bir söz sahibinə malik olar:

 “TANAP alternativ bazarlarda Avropaya enerji resurslarını təmin edə bilməsinə şərait yaradacaq. Amma Avropa kimi bir bazarda, hansı ki, 500 milyard kub metrdən çox enerji sektorunu əhatə edən bazarda, həmçinin də daim inkişaf edən bazarda bizim qaz enerjimiz ancaq vurğulana bilər. Bizim Avropada hansısa şirkətlə, dövlətlə alternativ baş-başa gəlməyimiz düzgün məsələ deyil. 

Ancaq TANAP bir çox baxımdan əhəmiyyətlidir:

1. Avropa artıq alternativ mənbədən özünə enerji almasını gerçəkləşdirir;

2. Avropa bir çox ölkələri var ki, məsələn Bolqarıstan, Yunanıstan kimi ölkələrdə qaz təminatı azdır. Albaniyada isə ümumiyyətlə qaz istehlakı olmayıb. Bu kimi ölkələrdə Azərbaycan qazının istifadə edilməsi məsələsi gündəmdədir; 

3. Həmçinin bu ölkələr özlərinin qaz bazarının retifikasiyasında birdən-birə 30 faizdən çox şaxələnməyi əldə edə bilirlər. Bu da həmin ölkələr üçün çox böyük əhəmiyyətə malikdir. Hətta deyərdim ki, həyatı əhəmiyyətə malikdir. 

Bolqarıstan enerji resurslarına görə Rusiyadan asılı ölkədir. Bu ölkə bir dəfə bir həftə tamamilə təbii qazsız qaldı. Belə vəziyyətdə həmin ölkənin Cənubdan gələn boru kəməri ilə, yəni alternativ bir mənbədən qidalanmaq imkanı olanda, ölkə  özünün enerji təhlükəsizliyi məsələsində təhlükəsizliyə malik olur. O cümlədən Adriatik dənizi sahilləri boyunca yerləşən ölkələrin də qaz istehlakı böyük deyil. Orada hər ölkə 1-2 milyard kubmetr həcmlərində qaz istehlak edirlər. Amma həmin ölkələrin qaz təmnatınının yarısı Azərbaycandan olsa, bu zaman onların enerji təminatında, həmin ölkənin enerji təhlükəsizliyində Azərbaycan həddən artıq böyük bir söz sahibinə malik olar. Bu konteksdə TANAP-ın Avropa üçün xüsusi əhəmiyyəti var. Ancaq Azərbaycanın Avropanın enerji təminatında əhəmiyyətindən danışarsaq, artıq şişirdilmiş olar”.

Eyni zamanda enerji məsələləri üzrə eskpert İlham Şaban Rusiyada TANAP layihəsinin açılışının açıq qısqanclıqla qarşılanması məsələsinə də münasibət bildirib. Qeyd edək ki, Rusiyanın “Şimal axını-2” layihəsi ABŞ başda olmaqla bir çox Avropa ölkələrinin etirazı ilə qarşılanır. Enerji məsələləri üzrə eskpert bildirib ki, Rusiya TANAP-a qarşı siyasi rəhbərlik səviyyəsində qısqanclığı büruzə verməsə də, kütləvi informasiya vasitələri, ekspertləri, hətta partiya liderləri səviyyəsində xoşhal olmadıqlarını nümayiş etdirirlər:  
  
TANAP və “Şimal axını-2” layihəsi müxtəlif bazarlara yönəlib. Həmçinin bu iki layihənin müxtəlif istiqamətləri var. Vaxtı ilə RusiyaBakı-Tbilisi -Ceyhan”a qarşı da həddən artıq qısqanclıq nümayiş etdirmişdi. İndi də Rusiya TANAP-a qarşı siyasi rəhbərlik səviyyəsində qısqanclığı büruzə verməsə də, kütləvi informasiya vasitələri, ekspertləri, hətta partiya liderləri səviyyəsində xoşhal olmadıqlarını nümayiş etdirirlər. Bunu da normal qarşılamaq lazımdır. Azərbaycan istənilən halda bazara gedir. Bazarda da rəqabət olur. Rəqabət olan yerdə də heç kəs heç kəsə kapital bazarında sevgi, məhəbbətlə yanaşmır”.
 
Nərminə UMUDLU
pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar